“Paşinyan rejimi tam əsasla faşist adına layiqdir. Cəbhədə müvafiq qaydada cavab verə bilməyən erməni hərbçiləri Azərbaycanın dinc əhalisinə alçaq zərbələr endirirlər”.
Bakısəsi xəbər verir ki, bunu rusiyalı ekspert, beynəlxalq münaqişələrə dair mütəxəssis Yevgeni Mixaylov Ermənistan ordusunun Bərdə şəhərinə raket hücumları nəticəsində 21 dinc sakinin həlak olmasını, 70 nəfərin xəsarət almasını şərh edərkən dilə gətirib.
“Yerevanın bu münaqişəyə KTMT-ni də dartıb çəkmək cəhdləri adamı məyus edir. Belə ki, Ermənistan ərazisindən dinc məskənləri atəşə tutmaqla Paşinyan və onun adamları öz ərazilərinə qarşı cavab zərbələrə nail olub özlərini müdafiə etmək bəhanəsilə üçüncü tərəfi cəlb etməyi hədəfləyirlər”, - deyən ekspert bu kimi davranışların bağışlanmaz olduğunu deyib: “İndi cavab tədbirlərlə qarşı tərəf kütləvi şəkildə zərərsizləşdirilməlidir. Yəni yalnız Azərbaycanın dinc əhalisi arasındakı itkiləri dəfələrlə üstələyən tələfatla üzləşmək qorxusu hər hansı təxribatların qarşısını ala bilər”.
“Bütün hallarda müharibə sona yaxınlaşır, ermənilərin bütün hərbi caniləri də layiqli cəzalarını çəkəcəklər. Erməni amilinin regional təhlükəsizliyinə nə qədər təhlükə törətdiyinə dair beynəlxalq birliyin hazırda tam şəkildə təsəvvürü yoxdur. Amma Azərbaycan Ermənistanın bugünkü siyasətinin, başbilənlərinin iç üzünü tədricən, get-gedə bütün dünyaya açıb göstərir”, - deyə rusiyalı ekspert fikrini tamamlayıb. (Report)
“Paşinyan rejimi tam əsasla faşist adına layiqdir” - Yevgeni Mixaylov
28
oktyabr
22:50
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı