“Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın və müstəqil millət vəkillərinin iştirakı ilə onlayn iclası keçirdik. Milli Məclisdə say etibarilə müstəqil millət vəkilləri hakim Yeni Azərbaycan Partiyasından sonra ikinci böyük qrupdur. Ona görə də parlament sədrinin müavini vəzifəsində müstəqil millət vəkillərinin təmsilçisi olaraq öz aramızda fikir mübadiləsinin aparılmasına önəm verirəm”.
Bu sözləri vitse-spiker Adil Əliyev sosial şəbəkədəki səhifəsində yazıb.
O bildirib ki, iclas olduqca məhsuldar keçib:
“Müstəqil namizədlər gündəmin mövzuları ətrafında çıxışlar etdilər, təkliflərini verdilər. Ümumiyyətlə, bu iclas parlamentin tarixində bir ilkdir. Prezident İlham Əliyev Milli Məclisdəki son çıxışında müstəqil və müxalif millət vəkillərinin də parlamentin idarə edilməsində rol oynamasının vacibliyini vurğulamışdı. Bizim bugünkü onlayn iclasımız dövlət başçısının elan etdiyi siyasi kursa uyğundur.
Əlbəttə ki, onlayn iclasda haqqında danışdığımız əsas mövzu ölkəmizdə koronavirusla aparılan mübarizə tədbirləri idi. Bəşəriyyət və ölkəmiz koronavirusla mübarizəni davam etdirir. Biz indiki mərhələdə təhlükədən sovuşduq. Virusa yoluxanların sayı azalır, sağalanların sayı isə getdikcə artır. Bu uğurlu gedişatdır, müsbət tendensiyadan xəbər verir. Prezidentimizin və dövlətimizin son iki ayda apardığı siyasət, atılan qətiyyətli addımlar Azərbaycanı başqa ölkələrin üzləşdiyi çətinliklərdən sığortaladı. Hamıya aydındır ki, ciddi tədbirlər görülməsəydi, vəziyyət nəzarətdən çıxa bilərdi. Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan bu sınaqdan üzüağ çıxmaqdadır. Bu vəziyyət bizə imkan verir ki, yaxın günlərdə karantindən mərhələli şəkildə çıxmağa başlayaq. Müstəqil millət vəkilləri kimi, biz də karantindən tədricən çıxmağın tərəfdarıyıq”
"Ciddi tədbirlər görülməsəydi, vəziyyət nəzarətdən çıxa bilərdi"
21
aprel
16:25
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı