Əsrlər boyu əbədi həyat arzusu bütün dünyada insanların ortaq istəyi olub. Bu gün zamanı geri qaytarmağa və ya heç olmasa insanın bioloji qocalmasını yavaşlatmağa yönəlmiş startaplara böyük məbləğdə sərmayə qoyurlar.
Bu barədə məlumat "Daily Mail"in yayımladığı məqalədə öz əksini tapıb.
Məlumata görə, ölməzliyin sirrini açmaq Yer üzündə qayğısız həyatın yeni həyəcanverici erası kimi səslənsə də, Kembric Universitetindən alim Dr. Stiven Kave xəbərdarlıq edir ki, insan ömrünü uzatmaq istəkləri insanlar üçün mütləq fəlakətə səbəb ola bilər. Bunun səbəbi, həyatı köklü şəkildə uzatmaq cəhdləri Yerin resurslarına həddindən artıq təzyiq göstərərək, bəşəriyyətin əslində elm adamlarının təxmin etdiyindən daha tez məhv olmasına gətirib çıxaracaq.
Dr. Kave deyir ki, son 300 il ərzində texnologiyanın inkişafı sayəsində insanın orta ömrü iki dəfə, 40 ildən 80 ilədək artıb və bəlkə də bu, yenidən iki dəfə arta bilər. Beləliklə, alim gələcəkdə ömrün uzadılması texnologiyasının mövcud olacağını istisna etmir, lakin o, o qədər baha olacaq ki, yalnız bir neçəsinin bunu ödəyə biləcəyi ehtimalı var. Nəticə etibarı ilə biz "sadəcə fanilər" nəsillərinin ardıcıllığını müşahidə edən "zəngin gerontokratiya"nı gözləyə bilərik.
Qeyd edək ki, Dr. Kave texnoloji tərəqqinin, o cümlədən insan ömrünü uzatmaq cəhdlərinin cəmiyyətə təsirini öyrənən Kembric Texnologiya və İnsanlıq İnstitutuna rəhbərlik edir. Əbədi həyat axtarışı ilə bağlı dünyada getdikcə daha çox araşdırma aparıldığı üçün bu sual getdikcə aktuallaşır.
Bəzi elm adamları insanlar üçün "ölümsüzlüyün" yaxın onillikdə reallığa çevrilə biləcəyini irəli sürürlər, lakin bəziləri bunu reallıqdan daha çox arzulayırlar. Elm hələ də dayanmır və tədqiqatçılar insan ömrünü uzatmaq üçün yeni perspektivlər açan nanorobotlardan və qocalmanı ləngidən terapiyalardan istifadə kimi yeni yanaşmalar təklif edirlər. Buna baxmayaraq, Dr. Kave xəbərdarlıq edir ki, uzunmüddətli perspektivdə ömrün uzadılması cəhdi planet və bəşəriyyət üçün dayanıqlı olmayan gərginlik yarada bilər.
Əbədi ömrün açarını tapmaq bəşəriyyəti MƏHV EDƏCƏK
25
noyabr
18:57
Qarabağ
KOMMENTLƏR
Qocalmanı necə dayandırmaq və ömrü necə uzatmaq olar? – ARAŞDIRMA
Pandemiyanı dəqiqliklə görən astrofizikdən PROQNOZ – “XXI əsr insanlığın sonu ola bilər”.
İnsanın xarakterində apatiya və depressiyaya səbəb olan 3 xüsusiyyət
Məşhur alim: "Yerin 14 km dərinliyində bomba partladılıb”
Alimlərdən qorxunc xəbərdarlıq: Bu halda çox ölümcül xəstəlik yayılacaq - FOTO
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı