Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 8 rayon və şəhərində qanunsuz qum-çınqıl və əhəngdaşı hasilatı, habelə torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.
Tərtər rayonu ərazisində yerləşən ”Tərtərçay”, İmişli rayonu ərazisində yerləşən “İmişli”, Yevlax rayonu ərazisində yerləşən “Mingəçevir”, Quba rayonu ərazisində yerləşən “Qudyalçay”, Mingəçevir şəhəri ərazisində yerləşən “Mingəçevir” qum-çınqıl yatağında, eləcə də, Xəzər rayonu ərazisində yerləşən “Türkan-I”, Qaradağ rayonu ərazisində yerləşən “Gülbaxt”, Abşeron rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında, müxtəlif hüquqi və vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi zəbt edilməsi və qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində təbiətə ümumilikdə 6 milyon manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.
Qanunsuz qum-çınqıl və əhəngdaşı hasilatı faktları üzrə cinayət işi başlandı
27
noyabr
14:51
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı