Qubada daha 5 vəzifəli şəxsə cinayət işi başlanılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılmış araşdırma nəticəsində Quba rayonunun ərazisində yerləşən “Mirzəqışlaq”, “Talıbqışlaq”, “Qaralçay” və “Qudyalçay” qum-çınqıl yataqlarında qanunsuz qum hasilatı nəticəsində təbiətə ümumilikdə 1 milyon 144 min manat ziyanın dəyməsi müəyyən edildi.
Araşdırma gedişatında hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə ayrılmış ərazilərdə və ayrılmış ərazilərdən kənarda hasilat ilə bağlı çoxsaylı hüquq pozuntuları nəticəsində ətraf mühitə ciddi ziyanın vurulmasına dair əsaslı şübhələr müəyyən edildi.
Fakt üzrə Cinayət Məcəlləsinin 188 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 5 cinayət işi başlanılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Qubada 5 vəzifəli şəxsə cinayət işi başlanılıb
19
aprel
10:55

Qarabağ
KOMMENTLƏR
Qubada 5 vəzifəli şəxslə bağlı cinayət işi başlanılıb
Qanunsuz qum-çınqıl və əhəngdaşı hasilatı faktları üzrə cinayət işi başlandı
Təbiətə 523 min manatlıq ziyan vuruldu - Cinayət işi başlandı
Vəzifəli şəxs təbiətə 48 min manat ziyan vurdu
Azərbaycanda şirkətlərin vəzifəli şəxslərinə cinayət işi açıldı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat