BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunacaq Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
APA xəbər verir ki, dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28-ə ev sahibliyi etməsi və bu tədbirin yüksək səviyyədə təşkil olunması münasibətilə Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana təbriklərini çatdırdı.
Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və qardaşlığa əsaslanan əlaqələrin hərtərəfli inkişafından məmnunluq ifadə olundu.
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin sərmayəsi ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təsis edilməsi və onun açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərinin 4 nazirinin iştirakı ölkələrimiz arasında qardaşlığın bariz nümunəsi kimi qiymətləndirildi. Birləşmiş Ərəb Əmirliklərindən olan tərəfdaşlarla imzalanmış sazişlərə uyğun olaraq bərpaolunan enerjinin 10 qiqavata çatdırılacağı vurğulandı.
Söhbət zamanı ölkələrimiz arasında yaradılmış birgə investisiya fondunun əhəmiyyəti qeyd edildi, bunun iqtisadi-ticari əlaqələrimizin və qarşılıqlı sərmayə sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi bildirildi.
SOCAR ilə Əbu-Dabi Milli Neft Şirkəti – ADNOC arasında uğurlu əməkdaşlığın və birgə layihələrdə iştirakın əhəmiyyəti vurğulandı.
Birləşmiş Ərəb Əmirliklərinin “AD Ports Group” şirkətinin Azərbaycan ilə limanlararası, gəmiçilik, nəqliyyat, logistika sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu, Orta Dəhliz istiqamətində nəqliyyat-logistika sahəsində tərəfdaşlığın böyük perspektivlərinin olduğu qeyd edildi.
Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini Azərbaycana səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.
Görüşdə regional məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
***
17:28
Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü olub.
Bu barədə APA-nın BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər verir.
***
17:08
Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü başlayıb.
Bu barədə APA-nın BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər verir.
Azərbaycan dövlət başçısının BƏƏ Prezidenti ilə görüşü olub - YENİLƏNİB-1
30
noyabr
18:37
Qarabağ
KOMMENTLƏR
İlham Əliyev Dubayda BƏƏ Prezidenti ilə görüşdü - YENİLƏNİB
İlham Əliyev BƏƏ Prezidentinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə məktub göndərdi
Prezident Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik etdi
İlham Əliyev BƏƏ Prezidentinə başsağlığı verib
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev