Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gömrük-keçid məntəqələrində müşahidə edilən sıxlıqla bağlı məlumat yayıb.
AYNA xəbər verir ki, yük maşınlarının sayı ilə bağlı daşıyıcıların davamlı məlumatlandırılması xidmətinə başlanılıb.
Bildirilib ki, bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır:
“Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 250, “Biləsuvar” gömrük postunda 50, “Qırmızı Körpü” gömrük postunda 1126, “Mazımqara” gömrük postunda 55, “Samur” gömrük postunda 61 yük maşını var. “Xanoba” gömrük postunda isə növbə yoxdur. Hazırda ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində müşahidə edilir.
Buna səbəb Rusiya və Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. İki qonşu ölkə arasında keçməli olan bu yük maşınları hazırda Azərbaycan üzərindən hərəkətini davam etdirirlər”.
1542 yük maşını gömrük-keçid məntəqələrində gözləyir
11
dekabr
18:08
Qarabağ
KOMMENTLƏR
Ölkəyə qanunsuz yollarla siqaret keçirilməsinin qarşısı alındı
“Xanoba” sərhəd-buraxılış məntəqəsində yeniliklər tətbiq olunur
Xarici vətəndaş “Qırmızı Körpü” gömrük postunda öldü – SƏBƏBİ BUDUR
Gömrük postunda dərman preparatları aşkarlandı - FOTO
Ölkəyə külli miqdarda siqaretin keçirilməsinin qarşısı alındı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı