Bu gün Azərbaycan-Rusiya sərhədində yerləşən “Xanoba” sərhəd-buraxılış məntəqəsində mediatur keçirilib.
Dövlət Gömrük Komitəsinin Gömrük Sərhəd-Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Cəfər Quluzadə bildirib ki, Azərbaycanda bütün gömrük sərhəd-buraxılış məntəqələrində maddi-texniki təchizatın təkmilləşdirilməsi işləri mütəmadi qaydada həyata keçirilir:
“Yeni keçid məntəqəsində gün ərzində 550 yük, 1000 minik maşını və 30 ədəd avtobusun yoxlanıb buraxılması üçün şərait yaradılıb”.
Qeyd edək ki, gömrük məntəqəsində 13 hərəkət zolağı salınıb. Bu zolaqlardan biri VIP, ikisi avtobus, dördü minik, altısı isə yük maşınlarının keçidi üçün nəzərdə tutulub.
Burada temperaturun ölçülməsi cihazı da quraşdırılıb. Eyni zamanda, yük maşınlarının alt hissəsini çəkmək üçün xüsusi kameralar quraşdırılıb.
C.Quluzadə qeyd edib ki, sürücülər nəqliyyat vasitəsini tərk etmədən pasport yoxlanışından keçə bilərlər.
İdarə rəisi bildirib ki, Azərbaycanla Gürcüstan arasında da yeni gömrük sərhəd-buraxılış məntəqəsinin tikilməsi ilə bağlı işlər aparılır:
“Hazırda hüquqi işlər aparılır. Yaxın zamanda məntəqənin tikilməsi ilə bağlı yer müəyyən olunacaq. Rusiya ilə də yeni gömrük sərhəd-keçid məntəqəsinin tikilməsi ilə bağlı danışıqlar aparılır”.
“Xanoba” sərhəd-buraxılış məntəqəsində yeniliklər tətbiq olunur
30
may
13:56

Qarabağ
KOMMENTLƏR
DGK sədri Naxçıvana getdi - Tapşırıqlar verdi
Gömrükdə bu general işdən çıxarıldı
Rusiya-Azərbaycan sərhədində 2 mindən çox TIR yığılıb - SƏBƏB NƏDİR?
Gömrük-sərhəd buraxılış məntəqələrində kompleks tədbirlər həyata keçirilir - Şahin Ələsgərov
Dövlət Gömrük Komitəsində ABŞ nümayəndə heyəti ilə görüş keçirilib -
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat