Müxtəlif xəstəliklərdə, o cümlədən, virusa yoluxma zamanı ilk ağla gələn dərman preparatlarından biri antibiotiklərdir. İnsanlar bəzən həkimə getmədən belə dərmanlardan istifadə edirlər. Bu, əksər hallarda xəstələrin həyatı üçün təhlükə yaradır.
Mövzu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Sabah”a açıqlamasında antibiotik qəbulunu yalnız həkimin müəyyən etdiyini bildirib.
Onun sölərinə görə, istənilən dərman preparatından insan şoka düşə, allergik funksiyalara məruz qala bilər:
“Bunun daha ağır forması anafilaktik şokdur. Antibiotiklər müxtəlif təsirlərə malikdir. Bu dərman vasitələrinə qarşı mikrobların davamlılığı günü-gündən artdıqca antibiotiklərin də daha güclü təsirə malik olan növləri istehsal olunur.
Təbii ki, onların hər biri müxtəlif yan təsirlərə malikdir. Bir qrup antibiotiklər allergik reaksiya verə bilir, digər bir qrupu qanın göstəricilərini dəyişir, bəzi növləri başqa fəsadlar törədir. Sadəcə olaraq, burada diqqət edilməli məqam var.
Antibiotik qəbulunun həddi həkim tərəfindən təyin olunur. Bu, beynəlxalq protokol və meyarlara əsasən həyata keçirilir. Məsələn, C reaktiv zülalın qanda təyini, müxtəlif iltihab göstəriciləri, mediatorların miqdarının müəyyən edilməsi ilə antibiotikin təyin olunma miqdarı öyrənilir”.
A.Qeybulla yalnız ciddi bir səbəb olduqda antibiotikdən istifadəyə ehtiyac yarandığını vurğulayıb:
“Antibiotikin xəstəyə təyin olunması üçün ciddi əsaslar lazımdır. Həmçinin, onların təyin olunma müddəti konkret meyarlarla ölçülməlidir. Təəssüf ki, adi virus xəstəlikləri zamanı belə insanlarımız özbaşına antibiotiklərdən istifadə edir. Bu həm sözügedən preparata qarşı həssaslığı azaldır, həm də digər fəsadlara səbəb ola bilir. Həkim təyin etmədən evdə antibiotik qəbulundan şoka düşən və dünyasını dəyişən insanların sayı yetəri qədər çoxdur. Bunların hamısı xəstələrin heç bir həkim məsləhəti olmadan özbaşına hərəkət etdiyini göstərir. Xəstəxanalarda da bəzən həmin məsələ ilə bağlı problemlər yaşana bilir”.
Antibiotik vurdurdu, şoka düşdü və öldü... - Bu, niyə baş verir?
13
dekabr
11:57
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı