Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərman təchizatı qrupu yoluxucu xəstəliklərin sayının artması ilə əlaqədar dünyada antibiotik qıtlığının yarandığını bəyan ediblər.
Araşdırmalara görə 35 ölkənin 80%-də “Penisilin” əsaslı preparatların, ABŞ, Kanada və Avropa İttifaqının 25 ölkəsində isə “Amoksisillin”in qıtlığından şikayətlənirlər. Kiçik ölkələrdə hələlik bununla bağlı vəziyyət stabildir.
Azərbaycanda bununla bağlı vəziyyət nə yerdədir? Yaxın gələcək üçün ölkəmizin antibiotik çatışmazlığı yarana bilərmi?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Bizim.Media-ya problemin səbəbini COVID pandemiyası zamanı bu pereparatdan çox istifadə edilməsi ilə əlaqələndirib:
“Əslində adambaşına düşən antibiotik istehlakçına görə bu problemin yaranması gözlənilən idi. Bu məsələnin kökü Rusiya-Ukrayna müharibəsinə dayanır. Hazırda Ukraynanın özündə əczaçılıq təchizatının infrastrukturu tamamilə dağıldığına görə ayrı-ayrı ölkələrdə də dərman maddələrinin qıtlığı yaranıb.
Hətta Avropanın inkişaf etmiş ölkələrində belə bu problem dərinləşib. Müharibə iqtisadiyyata və dərman istehsalına təsir edib. Təkcə antibiotik deyil, xeyli dərman preparatlarının və bəzi qida maddələrinin yoxa çıxması nəzərə çarpır. Təbii ki, Azərbaycanda da bununla bağlı narahatlıq özünü göstərir”.
Qışda Azərbaycanda ANTİBİOTİK BÖHRANI yaşanacaq – XƏBƏRDARLIQ
23
dekabr
12:14

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat