Bakı şəhər Dövlət Yol Polisi texniki baxışla bağlı sürücülərə müraciət edib.
Qurumdan verilən məlumata görə, texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan nəqliyyat vasitələrini texniki baxışdan keçirmək üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər: paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) yeni istifadəyə verilmiş və müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş Müayinə Mərkəzində, respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər.
Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, DİN Baş DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və bu xətaya yol vermiş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci ilə inzibati məsuliyyət daşıyırlar.
Barəsində inzibati protokol tərtib edilmiş sürücü 20 gün müddətində teniki baxışdan keçməzsə, yenidən iznibati qaydada məsuliyyətə cəlb olunacaq.
Qeyd edilib ki, texniki baxış şöbələri həftənin şənbə-bazar günləri də fəaliyyət göstərir.
Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ
27
noyabr
12:58

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat