“İnfluencerlər, bloqerlər və gizli TV reklamları sektorunda reklam bazarı 2023-cü ildə təxminən 8 milyon manat təşkil edib”.
Bu barədə “APA-Economics”ə “İKT bazarı iştirakçıları” İctimai Birliyindən bildirilib.
Qeyd edilib ki, ənənəvi reklama investisiyaların azalması fonunda bazar getdikcə rəqəmsallaşır. İnternet reklam bazarının böyüməsi həm də yüksəksürətli internetin regionlara nüfuz etməsindən asılıdır. Media məzmununun rəqəmsal istehlakında son dörd il ərzində mobil trafikin payı masaüstü kompyuterlərin trafikin payını üstələyib – istifadəçilər daha çox mobil qurğular vasitəsilə internet saytlarına və sosial şəbəkələrə daxil olurlar.
Azərbaycanda ən populyar axtarış sistemi “Google”dur. İkinci yerdə isə “Yandex” qərarlaşıb. Ən çox videoresurs əhatəsində “YouTube” birinci yeri tutub (bu videoşəbəkə həftəlik 4 milyon istifadəçi tərəfindən istifadə olunur), ikinci yerdə pirat resurslar qərarlaşıb. Ümumilikdə, hər ay təxminən 3,5 milyon ziyarət alırlar. Pirat platformalarda məzmun istehlak etmək üçün üstünlük verilən dil rus və türk dilləridir. Müvafiq olaraq, bu platformalardakı reklam kommunikasiyaları rus və türk dillərində məlumatları təkrarlayacaq.
Bildirilib ki, rəqəmsal bazarda ən çox yayılmış sosial şəbəkə “Instagram”dır. Təxminən 3,6 milyon qeydiyyatdan keçmiş istifadəçinin 50%-i 25 yaşdan aşağı, 29%-i 25 yaşdan 35 yaşa qədər, 13%-i 35 yaşdan 45 yaşa qədər və 8%-i 45 yaşdan yuxarıdır. İkinci ən populyar tətbiq “TikTok”dur (3,2 milyon istifadəçi).
Ən çox yüklənən proqram və eyni zamanda ən populyar messencer isə “WhatsApp”dır (“Telegram” ikinci yerdədir).
Azərbaycanda influencer və bloqerlər reklam bazarından nə qədər qazanıblar?
26
dekabr
20:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat