Bu barədə yazan aktrisa sözügedən müsahibəni müharibədən öncə verdiyini, müaıicəsinin davam etdiyini bildirib:
“Səhhətimlə bağlı verdiyim müsahibəyə görə mənə zəng edirsiniz, yazırsınız. Bildirmək istəyirəm ki, həmin müsahibə müharibədən öncə olmuşdu. Mövcud vəziyyətə görə yayımlanmamışdı. Artıq Milli Onkologiyada təmənnasız olaraq kimyaterapiya almışam. Dekabrın 1-də cavblarımı sizlərlə bölüşəcəm. Allah hamıya kömək olsun”.
Qeyd edək ki, T.Əliyeva əvvəl uşaqlıq yolu xərçəngindən əziyyət çəkirdi. Bir müddət sonra onun böyrək damarlarında, daha sora isə ağ ciyərində şiş aşkarlanmışdı.
