“1993-cü ildə Kəlbəcər işğal olunurdu və mən özüm həmin vaxt orda idim. O vaxt biz Kəlbəcəri tərk edirdik, amma bu gün bizim övladlarımız azad olunmuş ərazilərə, o cümlədən Kəlbəcərə doğru hərəkət edirlər. Bu, simvolik bir məqamdır”.
Bunu sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn bildirib. O, bir ata kimi keçirdiyi hisslərdən də bəhs edib: "Mən hesab edirəm ki, Vətən Müharibəsində iştirak etmək bir görəvdir. Açığı, mən buna başqa şərh, izah verməyi də düzgün hesab etmirəm. Xeyli yaxınlarımız, qohumlarımız ordudadır. Ümumiyyətlə, on minlərlə əsgər və zabitin hamısı bizim övladımızdır. Onlar bu gün Vətən torpağının azad olunmasında iştirak edirlər. Hamısına eşq olsun”.
Pənah Hüseyn oğlu Vaqifin bundan öncə 1,5 il zabit kimi həqiqi hərbi xidmətdə olduğunu vurğulayıb: "İndi də zabit kimi, baş leytenant rütbəsində xidmətini davam etdirir”.
Qeyd edək ki, Pənah Hüseyn noyabrın 29-da sosial şəbəkədəki profilində bu məzmunda post paylaşıb: "2 aprel 1993-cü ildə Kəlbəcərdən Gəncəyə geri gəldim. Bu gün oğlumun əsgərləri ilə Murovu aşıb Kəlbəcərdə olması xəbərini aldım. Allaha şukürlər olsun!”.
Oğlu döyüşdə olan sabiq Baş Nazir: “Xeyli yaxınlarımız…”
01
dekabr
09:32
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev