Yanınıza qumbara atılsa və sadəcə bir neçə saniyə vaxtınız olsa, yaşamağı, yoxsa yaşatmağı seçərdiniz? O, öz canı bahasına da olsa, yaşatmağı seçdi və özünü qumbaranın üstünə atdı. Atdı ki, yanında olan 10-a yaxın döyüş yoldaşı şəhid olmasın. O, şir ürəkli, böyük iradəli vətən oğlu Tərlan Həsənovdur.
O, döyüş yoldaşlarını xilas etmək üçün özünü qumbaranın üstünə atıb.
Xezerxeber.az xəbər verir ki, Elə bu hərəkətinə görə döyüş yoldaşları Şəkinin Baş Zəyzid kəndində anadan olan 23 yaşlı Tərlan Həsənovu "Qumbara Tərlan" adlandırırlar. Çünki o, 10-a yaxın əsgər yoldaşı şəhid olmasın deyə düşmənin səngərə atdığı qumbaranın üstünə uzanaraq onların həyatını xilas edib. Qərar vermək üçün sadəcə bir neçə saniyəsinin olduğunu deyən Tərlan ya özü ilə birgə hər kəsi təhlükəyə atmalı, ya da ki özünü fəda edərək döyüş yoldaşlarını xilas etməli idi. Və o, ikinci yolu seçib.
Həmin an yanında olan döyüş yoldaşları Tərlanın daha çox xəsarət almaması üçün dərhal onun ayaqlarının üstünə oturaraq başını yuxarıya doğru qaldırıblar ki qəlpə onun üzünə girməsin.
Partlayışdan sonra Tərlan saatlarla huşsuz vəziyyətdə qalıb. Hamı onun şəhid olduğunu düşünüb. Xoşbəxtlikdən bronjilet və sinəsində olan rabitə aparatı onu ölümdən xilas edib.
Tərlan bu qəhrəmanlığına görə "Fəxri fərman"la təltif olunub.
Atası Rafiq Həsənov əlil olduğu üçün ailəni çətinliklə dolandırsa da, oğlunun ali təhsil alması üçün şərait yaratdığını və övladlarına həmişə vətənpərvərliyi aşıladığını deyir.
Tərlanın anası deyir ki, oğlunun çəkisi və gözlərində problem olduğu üçün hərbi komissiya onu xidmətdən azad etmək istəyib, lakin o, könüllü olaraq hərbi xidmətə gedib və döyüşlərə qatılıb.
"Bir şəhid olanda min dirilirik" deyir Tərlan. Sənə və sənin kimi qorxmaz oğullara minnətdarıq. Var ol, Vətənimizin igid oğlu.
Döyüş yoldaşlarını xilas etmək üçün özünü qumbaranın üstünə atdı - VİDEO
01
dekabr
10:41
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev