Laçın adı gələndə ilk o yada düşür. "Laçınım" deyərək bu dünyadan əbədi köçən yurd həsrətli sənətkar Məhəbbət Kazımov, ruhun şad olsun, Laçın indi azaddır. Kaş atam bu günləri görərdi, yeganə arzusu Laçını azad görmək idi.
Bu sözləri sfera.az-a açıqlamasında sənətkarın oğlu Rəşid Kazımov deyib:
"Hər kəs kimi mən də ümid edirdim ki, tez bir zamanda torpaqlarımız azad olunacaq. Mən indiyə qədər Laçını görməsəm də atam o torpağı mənə sözlərlə təsvir edib. Həmişə həvəsində olmuşam ki, Laçını görüm. Qiyabi də olsa Laçına videomateriallarla, şəkillərlə səyahət etmişəm. Ancaq şükürlər olsun ki, artıq kiminsə çəkdiyi şəkillərdən yox, öz gözlərimizlə görüb, əllərimizlə o torpağına toxuna biləcəyik".
Rəşid Kazımovun yeganə təsəllisi atasının qəbri üstünə gedərək yüksək səslə "Laçının azaddır, ata!" deməsi olub:
"Tək bizim ailə yox, bütün Azərbaycan təəssüf hissi keçirdi ki, Məhəbbət Kazımov bu günləri görmədi. Atam son nəfəsində də "Laçın" dedi. İlk təsəllim atamın qəbrinin üstünə gedib "Laçın azaddır" demək oldu.
Adi günlərdə də gedirdim, ancaq bu gün atamın ziyarətinə o şad xəbərlə getmək çox qürurlu idi. Şükürlər olsun ki, atama nəsib olmasa da, işğaldan azad olunmuş Laçında yaşamaq mənim qismətimdə var imiş. Odur ki, köçürülmə prosesini çox böyük səbirsizliklə gözləyirəm".
“Bu gün atamın qəbri üstünə gedib yüksək səslə qışqırdım ki...” - Məhəbbət Kazımovun oğlu
01
dekabr
15:57
Qarabağ
KOMMENTLƏR
"Atamın nəşini qəbrdən çıxaracağam" — Məhəbbət Kazımovun oğlu
Könül Kərimovanın yazdığı, Məhəbbət Kazımovun oxuduğu mahnı plagiatdır?
Əliyar Əliyevin qızı: “Bərxudarovun “Tikanlı zəmi”yə qələbə bayrağı sancmasını ondan çox gözləyirik” - VİDEO
Ermənistanda “Laçın davası” qızışır
Şəhid polkovnikin oğlu: “Atamın qisası alındı” (VİDEO)
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev