Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən gün şəhid ailələrinə 300 manat təqaüdün veriləcəyini açıqlayıb. Bu isə özlüyündə çoxsaylı suallar doğurur. Redaksiyamıza müraciət edən vətəndaşlar ailə üzvlərinin sayına görə bu vəsaitin dəyişib-dəyişməyəcəyi ilə maraqlanırlar.
Məsələ ilə bağlı açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıbov bildirib ki, şəhid ailələri hərtərəfli sosial təminat sistemi ilə əhatə olunurlar:
“Şəhidin ailə üzvü dedikdə burada ata, ana, həyat yoldaşı və övladlar nəzərdə tutulur. Onlara dəstək 300 manat təqaüdlə yekunlaşmır. Çünki bu məbləğ sadəcə Prezident təqaüdüdür. Orta hesabla şəhid ailələri və müharibə əlilləri aylıq 700 manat təqaüd alırlar. Belə ki, əmək stajından asılı olaraq orta məbləğlə 400 manat pensiya və ya müavinət verilir. Bununla yanaşı onların əmək pensiyasının sığorta hissəsinə 55-110 manat arası əlavə ödənilir”.
Qurum rəsmisi aylıq təqaüdün birdəfəlik ödənilən 11 min manat sığorta ödənişindən asılı olmayaraq verildiyini diqqətə çatdırıb:
“Bu proses müharibə əlilləri üçün də həyata keçirilir. I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə isə 4400 manat birdəfəlik sığorta ödənişi ödənilir. Həmçinin şəhid ailələri müəyyən zaman çərçivəsində mənzil və avtomobillə də təmin edilir. Əgər şəhidimizin övladı varsa, onların təhsil haqqı dövlət tərəfindən qarşılanır. Müharibə əlilinin isə həm özü, həm də övladı təhsil haqqından azad olur. Onlar protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar. Aktiv məşğulluq proqramlarında onlara üstünlük verilir. Bundan əlavə, məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlərə (dövlət və özəl) məcburi kvota müəyyən edilib. Vergi və əmək qanunvericiliyində də bir sıra güzəştlər nəzərdə tutulub. Bizim məqsədimiz odur ki, heç bir şəhid ailəsi, müharibə əlili əziyyət çəkməsin. Dövlət bütün sosial proqramlarla onları əhatə edir”.
Şəhid ailələrinə hansı müavinətlər veriləcək? - SADƏ İZAH
02
dekabr
12:58

Qarabağ
KOMMENTLƏR
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı
Şəhid ailələri və müharibə əlilləriylə bağlı tədbirlər planı hazırlandı
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi
Şəhid ailələri və müharibə əlillərinin təminatları hansılardır? - Nazirlik açıqladı
Kimlər ünvanlı sosial müavinət ala bilər? - AÇIQLAMA
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat