Bakıxanov qəsəbəsində 5 nömrəli binanı zirzəmisi su ilə dolub.
Bu haqda Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4094-cü məhəllə, 5 nömrəli binanın sakinlərinin Qaynarinfo-ya ünvanladığı məktubda yer alır. Bina sakinləri noyabr ayının 24-dən böyük bir problemlə əlaqədar aidiyyatı qurumlara məlumat versələr də, bu günə kimi səslərinə səs verən olmayıb:
"Ötən bir həftə ərzində bina sakinləri "Azərsu” QSC-nin 955 qaynar xəttinə, orada əhalinin qəza ilə bağlı müraciət etmələri üçün yaradılmış 0552099559, 0124314767 nömrələrinə, Sabunçu rayonu Sukanal İdarəsinə hər gün zəng etməyimizə baxmayaraq, bu problemlə heç kəs maraqlanmayıb. Zəng etdikdə bildirilir ki, müraciətiniz qeydə alındı, iş əmri açıldı və müvafiq şöbələrə göndərilib. Bununla bağlı bina sakinlərinin hər birinə açılmış iş əmrinin nömrəsi mobil nömrəyə göndərilib. Amma nə faydası. Nəinki qəza aradan qaldırılmır, ümumiyyətlə, heç maraqlanmırlar”.
Bina sakinləri qeyd edib ki, məsələ ilə əlaqədar aidiyyatı şəxslərlə görüşmək imkanı da yaradılmır:
"Belə olduğu halda vətəndaş nə etməlidir, kimə müraciət etməlidir? Bu soyuq günlərdə birinçi mərtəbədə suyun üzərində bir həftə yaşamaq olar? Zirzəmi çirkab su ilə dolduğundan evdə üfunət iyindən oturmaq çətindir. Eyni zamanda zirzəmidə şirin su xətti bu çirkab suyun altındadır. Bu halda yarana biləcək xəstəliyin məsuliyyətini kim daşıyacaq?”.
Sabunçu rayon Sukanal idarəsinin əməkdaşı Elman Mansurov Qaynarinfo-ya açıqlamasında bildirib ki, son günlər yağan yağışlardan sonra Bakıxanov qəsəbəsində yaşayış binalarının 90%-nin zirzəmisində eyni problem yaranıb:
"Bu problem əməkdaşlarımız tərəfindən növbəli şəkildə icra olunur. Tələb olunan bütün texniki işlər görülür. Həmin bina da gözləyir. Bakıxanovda 1000-dən çox hündürmərtəbəli bina var. Yağışdan sonra hamısının zirzəmisi dolub. Yəqin ki, yaxın günlərdə onların da problemi həll olunar”.
Şirin su xətti çirkab su altında: Bakıxanovlular təhlükə qarşısında (ŞİKAYƏT)
02
dekabr
15:38
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev