Elektron siqaretlər insan sağlamlığına ciddi təhlükə törətdiyi üçün ölkəyə gətirilməsi qadağan olunmalıdır.
Bu sözləri Axar.az-a elektron siqaretlərin insan sağlamlığına zərərləri barədə danışan tibb üzrə ekspert, professor Adil Qeybulla deyib. O bildirib ki, elektron siqaretlərin kanserogen effekti adi siqaretdən geri qalmır:
“Bəzi insanlar elektron siqaretlərin zərərsiz olduğunu bəhanə edərək, ondan istifadə edirlər. Əslində isə bu, bəzilərinin uydurduğu yalandır. Çünki bu siqaretin tərkibindəki süni, aromatik maddələr həm birbaşa, həm də tüstülənərək nəfəs yoluna daxil olur. Bu da insan sağlamlığı üçün çox ziyandır. Bu səbəbdən elektron siqaretlərin istifadəsindən çəkinmək lazımdır. Təəssüflər olsun ki, son vaxtlar elektron siqaretlər bəzi insanların əlində biznesə çevrildi. Hesab edirəm ki, biz genofondu qorumaq istiqamətində işlər görməliyik. Ümumdünya Səhiyyə Təşkilatı onun ziyanını sübuta yetiribsə və bununla bağlı rəylər ortadadırsa, biz də bəzi ölkələr kimi ondan imtina etməliyik. Beynəlxalq təşkilatların bu məsələ ilə bağlı tövsiyələrinə qulaq asmalıyıq. Ölkədə elektron siqaretlərin ziyan olması ilə bağlı təbliğat işləri aparılmalı və onun ölkəyə gətirilməsi qadağan olunmalıdır. Bu zərərli vərdişdən insanlar əl çəkməlidirlər”.
Qeyd edək ki, Hindistanda elektron siqaret sağlamlığa ciddi təhlükə törətdiyi üçün qadağan edilib. Bundan başqa ABŞ-ın bəzi ştatlarında da tütün qoxulu istisna olmaqla, meyvəli, şirin, nanə və mentol ətirli elektron siqaretlər qadağan olunub.
Elektron siqaretlər qadağan edilməlidir – Professor
21
sentyabr
11:00
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev