"Adil İsmayılov qəlbimizdə təcrübəli, savadlı, prinsipial, müdrik bir həmkar kimi həmişə yaşayacaq".
Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov sosial şəbəkədə yazıb.
O bildirib ki, son dəfə təxminən 20 gün əvvəl Adil İsmayılovla telefonla danışıb:
"Özüm zəng vurdum, çoxdandır ondan xəbər yox idi, nə isə narahatçılıq hiss etdim. Mənə hər şeyin qaydasında olduğunu, narahatçılıq üçün heç bir əsasın olmadığını bildirdi. Mən isə o zaman heç vaxt təsəvvür edə bilməzdim ki, bu bizim son danışığımızdır. Adil müəllim 28 ildən çox vəkil kimi fəaliyyət göstərirdi. Ölkənin ən tanınan və nüfuzlu vəkillərindən idi. Vəkilliyin nüfuzunun artırılmasında xidmətləri danılmazdır. Son 3 ildə Vəkillər Kollegiyası tərəfindən 2 dəfə təltif olunmuşdu. Hər dəfə təltifi təqdim edəndə deyirdi ki, mənim heç vaxt təltifim olmayıb və buna lüzum görmürəm. Hər dəfə izah edirdim ki, Adil müəllim, bu sizin zəhmətinizə, xidmətlərinizə peşə birliyiniz tərəfindən gec də olsa verilən qiymətdir, bunu çoxdan öz fədakar əməyinizlə qazanmısınız. Allah sizə rəhmət eləsin, əziz Adil müəllim, məkanınız cənnət olsun, Allah bütün vəkillərimizə və yaxınlarınıza səbir versin!"
Anar Bağırov: “Təsəvvür edə bilməzdim ki, bu, bizim son danışığımızdır”
03
dekabr
11:51
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı