"Prezident İlham Əliyev şəhid ailələri və müharibə əlillərinin sosial təminatının daha da gücləndirilməsini sosial siyasətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib".
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputar qeyd edib ki, şəhid ailələri və müharibə əlillərinə dövlət qayğısının daha da artırılması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir:
"Hazırda Azərbaycanda şəhid ailələrinin üzvləri üçün 20 birbaşa və təşviqedici dəstək mexanizmi icra olunur. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa uyğun olaraq, şəhid ailəsinə 11 min manat məbləğində sığorta ödənişi həyata keçirilir. Eləcə də dövlətimizin başçısının müvafiq Fərmanına əsasən, 2007-ci il yanvarın 1-dən şəhid ailəsinə hazırda məbləği 300 manat olan Prezident təqaüdü ödənilir. Qeyd etmək istərdim ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, şəhidlərin ailə üzvlərinin əmək pensiyasının sığorta hissəsinə 93,5 manat məbləğində əlavə hesablanır. Ailə başçısını itirməyə görə mülki vətəndaşlara ödənilən əmək pensiyasının orta aylıq məbləği 240 manat, hərbi qulluqçuların ailələrinə ödənilən əmək pensiyasının orta aylıq məbləği isə 511 manat təşkil edir. Eyni zamanda, ailə başçısını itirməyə görə ailələrə ödənilən sosial müavinətin orta aylıq məbləği 240 manatdır. Bütün bunlar ilə yanaşı, mənzil təminatı daxil olmaqla fərqli dəstək mexanizmləri icra olunmaqdadır".
Millət vəkili deyib ki, şəhid və şəhid ailələrinə xərclənən vəsait icra hakimiyyətlərinin büdcəsindən, pensiya və müavinətlərə çəkilən xərclər isə Dövlət Sosial Müdafiə Fondu və dövlət büdcəsi hesabına yalnız nağdsız qaydada ödənilir:
"Hazırda müharibə əlilləri üçün 12 birbaşa və təşviqedici güzəştlər mexanizmi icra olunmaqdadır. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa uyğun olaraq, birinci qrup müharibə əlillərinə 8800 manat, ikinci qrup müharibə əlillərinə 6600 manat, üçüncü qrup müharibə əlillərinə 4400 manat, ağır xəsarət (yaralanma, travma, kontuziya) alan müharibə iştirakçılarına 2750 manat və yüngül xəsarət (yaralanma, travma, kontuziya) alanlara isə 550 manat sığorta ödənişi həyata keçirilir. Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə əmək pensiyası almaq hüququ olmayan “hərbi xidmət dövründə xəstələnmə”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” və “Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəblərindən əlil olan I dərəcə əlilliyi olan şəxslərə 150 manat, II dərəcə əlilliyi olan şəxslərə 130 manat, III dərəcə əlilliyi olan şəxslərə 110 manat məbləğində sosial müavinət verilməsi müəyyən olunub. Bununla bərabər, Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən I dərəcə əlilliyi olan şəxslərə 250 manat, II dərəcə əlilliyi olan şəxslərə 230 manat, III dərəcə əlilliyi olan şəxslərə 210 manat məbləğində olmaqla müharibə əlillərinə Prezident təqaüdü ödənilir. Əlilliyə görə mülki vətəndaşlara ödənilən əmək pensiyasının orta aylıq məbləği 261 manat, hərbi qulluqçulara ödənilən əmək pensiyasının orta aylıq məbləği isə 515 manat təşkil edir. Eyni zamanda, müharibə əlilləri üçün pulsuz tibbi müalicə daxil olmaqla fərqli dəstək proqramları icra olunmaqdadır".
Şəhid ailələri və müharibə əlillərinin sosial təminatı gücləndiriləcək
07
dekabr
23:53
Qarabağ
KOMMENTLƏR
Daha 6 şəhər və rayonda şəhid ailələri və əlillərə ev verildi
Şəhid ailələrinə və qazilərə hansı güzəştlər ediləcək? - Deputatdan açıqlama
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı
Şəhid ailələri və müharibə əlillərinin təminatları hansılardır? - Nazirlik açıqladı
Müharibə əlillərinə minik avtomobilləri verilib
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev