Dekabrın 10-da Azadlıq Meydanında Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək.
Hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.
Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.
Ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov bildirib ki, müharibədə iştirak edən bütün hərbi hissələrin nümayəndələri qələbə paradında iştirak edəcəklər: "Hazırda onların məşq prosesi gedir. Onların sayını dəqiq bilmirəm, nə qədər olacaq.
Döyüş vaxtı yaralanmış qazilərimiz yenidən sıraya qayıdıblarsa, onların sağlamlığı paradda iştirak etməyə imkan verirsə, onlar da hərbi paradın iştirakçısı olacaqlar.
Hərbi paradda 150 ədəd hərbi texnika iştirak edəcək. Onların içində həm artilleriya, həm raket yaylım vasitələri, həm də digər xüsusi texnikalar olacaq. Hərbi paradda ən yeni alınan texnikalar da nümayiş etdiriləcək. Həmçinin düşməndən qənimət götürülən texnikalar da paradda göstəriləcək". / BAKU.WS
Paradla bağlı mühüm açıqlama - Müharibədə döyüşən hərbçilər…
08
dekabr
10:51
Qarabağ
KOMMENTLƏR
Ordumuz dekabrın 10-da keçiriləcək parada hazırlaşır - VİDEO
Azərbaycanda Qələbə paradı keçiriləcək - VAXT AÇIQLANDI
Müstəqillik tarixinin ilk Zəfər paradı: yeniliklər nələr olacaq? - FOTO
“Azərbaycan özünə sığışdırmaz ki, Azadlıq meydanını erməni hərbi əsirlərlə çirkləndirsin” - GƏLİŞMƏ
Ərdoğan Bakıya gəlir - Qələbə paradında iştirak edəcək
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev