Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərən xüsusi təyinatlılarımızdan biri də Əliqismət Mükafat oğlu Yaqubludur.
Ə.Yaqublu 1992-ci ildə Lerik rayonunun Kələxan kəndində anadan olub. C.Naxçıvanski adına Bakı Hərbi Məktəbində və Heydər Əliyev adına Bakı Ali Hərbi Məktəbində təhsil alıb.
Hərbi təhsilin yüksək pilləsi olan TTM-də təhsilini davam etdirib.
2015-ci ildə leytenant rütbəsi ilə xidmətə başlayıb. 2016-cı ildə, Aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərib.
2018-ci ildə baş leytenant olan Əliqismət Yaqublu Xüsusi Təyinatlı Qüvvələrin Xidmət rəisi vəzifəsi verilib.
27 sentyabrdan, Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb və Füzulidən Şuşaya qədər şərəfli döyüş yolu keçib. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonunun və Laçın rayonunun bir neçə kəndinin işğaldan azad olunmasında xüsusi qəhrəmanlıq göstərib.
Şuşa əməliyyatında iki süngü və bir neçə qumbara ilə ön sırada düşmənlə əlbəyaxa döyüşə girənlərdən olub. Onlarla düşmən əsgərini süngü ilə məhv edib.
5 noyabr 2020-ci ildə Şuşada şəhidlik zirvəsinə ucalıb.
Şəhidin əmisi, tanınmış yazıçı Etibar Muradxanlı Axar.az-a Əliqismət Yaqublunun real döyüş səhnəsini, müharibə vaxtı belə ibadətindən qalmadığını və dəfn mərasimini əks etdirən görüntüləri təqdim edib.
Xüsusi təyinatlı Əliqismətin real döyüş VİDEOSU
08
dekabr
11:48
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev