"İndiyə qədər Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının dörd Ordu Korpusundan və Naxçıvanda yerləşən bir Əlahiddə Ümumqoşun Ordusundan ibarət olduğu məlum idi”.
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bildirib ki, qismən səfərbərliklə yeni şəxsi heyətin ordu sıralarına cəlb edilməsi yeni ordu korpuslarının yaradılmasına imkan verib:
"Dünən Bakıda Azərbaycan ordusunun Qarabağda uğurlu döyüş əməliyyatları nəticəsində ərazilərimizin işğaldan azad edilməsinə həsr olunan Zəfər Paradının keçirilməsi ilə və Azərbaycanın Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibində bəzi dəyişikliklərin olduğu diqqətimizi cəlb etdi. Belə ki, paradda iştirak edən şəxsi heyətin keçidi zamanı V və VI Ordu Korpuslarının şəxsi heyətinin də iştirakı Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibində əvvəl mövcud olan ordu korpuslarına iki yeni ordu korpusunun da əlavə edildiyini göstərdi.
İki yeni ordu korpusunun yaradılması üçün imkanın, Azərbaycanda elan olunan qismən səfərbərlik nəticəsində mümkün olduğu göz qabağındadır. Azərbaycanın uzun müddət müharibəyə hazırlaşması, əlavə silah, texnika, sursat əldə edərək ehtiyatları artırması, yeni şəxsi heyətin qismən səfərbərliklə cəlb edilməsi ilə yeni ordu korpuslarının yaradılmasına da imkan verib. Beləliklə, hazırda Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibi 6 Ümumqoşun Korpusundan və Naxçıvanda yerləşən bir Əlahiddə Ümumqoşun Ordusundan ibarətdir. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin həm sayının, həm silah və texnika potensialının artması ilə nəticələnib”.
Azərbaycanda daha iki ordu korpusu yaradıldı
11
dekabr
11:18

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat