Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən və hər bir müdafiə mövqeyi alınmaz qalaya çevrilən bölmələrində müasir əsgəri-məişət kompleksləri tikilərək şəxsi heyətin istifadəsinə verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bakısəsinə bildirilib ki, yaradılan müasir şərait xalq-ordu birliyinin, dövlət qayğısının və nümunəvi xidmətin bəhrəsidir: "Ön xətdə xidmət edən hərbi qulluqçular daha çox sayıqlığı və peşəkar döyüşçü keyfiyyətləri ilə seçilir.
Hər biri yenilməz Vətən müdafiəçisi olan əsgərlərimiz ayıq-sayıq döyüş növbətçiliyi aparmaqla bərabər ən çətin tapşırıqları da yerinə yetirməyə qadirdirlər.
Qartallar məkanı olan uca zirvələrdə qış daha sərt keçdiyindən birinci eşelon bölmələrimiz qışa hazırlıq tədbirləri çərçivəsində isti geyim, yanacaq, içməli su, ərzaqla, eləcə də digər zəruri ehtiyatlarla qabaqcadan və ilk növbədə tam təmin edilir. Hər bir şəraitə malik əsgəri-məişət komplekslərində isti geyim və keyfiyyətli ərzaqla təmin olunan əsgərlərimiz dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq Vətənimizin müdafiəsində peşəkar döyüşçü kimi dayanırlar.
Hərbi qulluqçulara dövlət qayğısı ordu quruculuğu işinin tərkib hissəsidir. Hər bir hərbi qulluqçu da bu diqqət və etimadı yüksək döyüş hazırlığına yiyələnməklə doğrultmağa çalışır.
Göründüyü kimi Naxçıvan Muxtar Respublikasında dövlət-ordu-xalq birliyinin möhkəm təməli yaradılıb. Bütün bunların nəticəsidir ki, dövlətin və xalqın dəstəyini üzərində hiss edən şəxsi heyətin döyüş ruhu günbəgün artır, Vətənimiz etibarlı müdafiə olunur".
Müdafiə Nazirliyindən qışa hazırlıqla bağlı AÇIQLAMA - VİDEO
01
sentyabr
12:32

Qarabağ
KOMMENTLƏR
Əsir götürülən erməni komandirlə bağlı RƏSMİ AÇIQLAMA
Hərbi qulluqçular nə vaxt ehtiyata buraxılacaq? - MN-dən AÇIQLAMA
Elçin Quliyevlə Xanlar Vəliyev Ermənistanla sərhədə getdilər - FOTOLAR
Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
Zakir Həsənov:
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat