Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik Ramiz Mehdiyevin qurumda apardığı kadr dəyişiklikləri birmənalı qarşılanmayıb.
Yenisabah.az xatırladır ki, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Telman Əliyev vəzifəsindən azad olunaraq AMEA-nın müşaviri (?) vəzifəsinə gətirilib. AMEA Rəyasət Heyətinin digər qərarı ilə akademik-katib, müxbir üzv Əminağa Sadıqov İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib. Həmçinin akademik Adil Qəribovun AMEA-nın akademik-katibi vəzifəsinə təsdiqlənməsi qərara alınıb.
Bundan əlavə, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilib, onun yerinə akademik Qərib Məmmədov təyin olunub.
Ramiz Mehdiyevin kadr dəyişikliklərinin hakimiyyətin elan etdiyi islahatlara uyğun olmadığı barədə fikirlər səsləndirilir.
Hakimiyyət islahatlara başlayanda ilk növbədə yaşlı məmurları görəvdən alındı. Ramiz Mehdiyev özü də bu dalğada Prezident Administrasiyasının rəhbəri postunu tərk etməli oldu. Amma bu və ya digər səbəbdən tamamilə işsiz saxlanılmadı.
Təyinatlar zamanı iqtidarın zirvəsində əsasən gənc kadrlara üstünlük verildiyi müşahidə olunurdu.
Ramiz Mehdiyev isə AMEA-ni sanki “qocalar evi”nə çevirir. Doğrudur, AMEA elm ocağıdır, orada yaşlı təcrübəli alimlərə də ehtiyac var. Amma axı Azərbaycanın elm sahəsində gənc istedadlar da var.
Deputat Etibar Əliyev də Ramiz Mehdiyevi bu kontekstdə tənqid edib. O, əvvəlcə Telman Əliyevin anlaşılmaz yeni vəzifəsinə və yaşına toxunub. “AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Telman Əliyev vəzifəsindən azad olunaraq AMEA-nın müşaviri təyin edilib. AMEA-nın müşaviri nə deməkdir? Hörmətli akademiklər! Şəxsin müşaviri olar, təşkilatın yox! Xatırladıram ki, Telman Əliyev Ramiz Mehdiyevdən 3 yaş böyükdür. Yəni 85 yaşı var. Müşavir institundansa niyə "Ağsaqqallar Şurası" yaratmırlar?”, - deyə o vurğulayıb.
Etibar Əliyev Ramiz Mehdiyevin kadr dəyişikliləri haqqında daha sonra bildirib: “AMEA Rəyasət Heyətinin digər qəribə qərarı ilə akademik-katib, müxbir üzv Əminağa Sadıqov İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib. Əminağa müəllim koronavirusun tüğyan etdiyi vaxtda bu iki vəzifəni necə icra edəcək? Bu sualı akademikə verən olacaqmı?
Qəribə təyinatlardan biri isə Qərib Məmmədovla bağlı olub. Qərib müəllim əvvəlki iş yerinə qaytarılıb.
Onu Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə təyin ediblər. Q. Məmmədov 1994-cü ildən 2000-ci ilə kimi bu İnstitutun direktoru işləyib. Hörmətli Qərib müəllimin isə 75 yaşı var.
Biz AMEA-da gəncləşmədən danışırıq... O isə acığa düşüb...”
Ramiz Mehdiyev AMEA-nı “Veteranlar klubu”na çevirir: Özündən 3 yaş böyükdür
13
dekabr
14:30
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev