Səhiyyə Nazirliyi evdə müalicə alan koronaviruslu xəstələrə dərmanların verilməsinin dayandırılması, yalnız şəhid ailələrinə bu dərmanların verilməsi barədə səslənən fikirlərə aydınlıq gətirib.
Səhiyyə Nazirliyinin (SN) İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Səbinə Babazadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, nazirliyin qərarına əsasən, evdə müalicə olunan xəstələrə yalnız vitaminlər verilir: “Əhali yanlış olaraq düşünür ki, biz koronavirusun müalicəsi üçün lazım olan və olmayan bütün dərmanları veririk. Halbuki nazirlik tərəfindən verilən dərmanlar yalnız Vitamin C, Vitamin D, maqnezium, selen, sink və hərarət salmaq üçün parasetamol dərmanlarıdır”.
Onun sözlərinə görə, kompleks vitaminlər ona görə verilir ki, insanlar az simptomlu, yüngül gedişatlı xəstəlik zamanı yalnız vitamin kompleksi və hərarəti salmaqla fəsad olmadan yaxşı nəticə əldə etsin: “Amma bizdə bəzi adamlar özlərinə antibiotiklər, dərmanlar təyin edirlər və tələb edirlər ki, bu dərmanlar verilsin. Bu, çox yanlış fikirdir, düzgün deyil. Həkimlə məsləhət etmədən heç bir dərman qəbul edilməməlidir, xəstə həkimin nəzarətində olmalıdır ki, müalicə necə aparılsın, nələr edilsin və s”.
S. Babazadə qeyd edib ki, poliklinikalar tərəfindən yalnız ilkin mərhələdə az simptomlu insanların hamısına həmin dərman kompleksi verilir: “Dərmanların yalnız şəhid ailələri, imtiyazlı ailələrə verilməsi ilə bağlı qərarlar yoxdur. Evdə müalicə olunma ilə bağlı əvvəlki qərar davam edir. Əgər bir xəstədə ağırlaşma olubsa, ona hansısa daha ağır müalicə lazımdırsa, bu, o deməkdir ki, həmin xəstə stasionara getməlidir. Bir ailənin bir neçə üzvü virusa yoluxubsa və xəstəliyi yüngül simptomlarla keçirirsə, hər birinə evdə müalicə üçün lazım olan dərmanlar verilir.
Bu xəstəlikdə ən birincisi panikaya düşmək lazım deyil. İkincisi, virusa yoluxan şəxslər sahə həkimləri ilə əlaqə saxlamalıdılar. Əlaqə saxladıqdan sonra həkimlə məsləhət almadan bu xəstəliyə başqa heç bir müdaxilə olunmamalıdır. Vitaminlərin verilməsinin məqsədi də yalnız immuniteti gücləndirməkdir”.
Nazirlikdən evdə müalicə alan koronaviruslu xəstələrlə bağlı AÇIQLAMA
14
dekabr
15:05
Qarabağ
KOMMENTLƏR
Evdə müalicə alan 3500-dən artıq COVID-19 xəstəsi pulsuz dərmanlarla təmin olunub
İki yarıtmaz qurumun yaratdığı problemlər... - GİLEY
Bu xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır
Təcili yardım maşınları niyə gecikir? - Nazirlikdən AÇIQLAMA
Deputatdan dərman çatışmazlığına ilginc reaksiya: “Adamlar alıb, evə doldurur…”
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev