Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunun "Azərbaycan bayrağı” Ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla təltif olunanlar sırasında Şuşa şəhərinin azad edilməsində fərqlənmiş xüsusi təyinatlı qüvvələrin polkovniki Tehran Mənsimovun da var.
Azərbaycan Ordusunun fədakar zabitlərindən olan polkovnik Tehran Mənsimovun atası, Qusar şəhər sakini Cavid Mənsimov Modern.az-a oğlunun Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı” ordeninə layiq görülməsini eşidəndə çox sevindiyini deyib:
"30 ildir orduda qulluq edən oğlumun yüksək mükafata layiq görülməsini eşidəndə çox fərəhləndim. Cənab Ali Baş Komandanımız İlham Əliyevə çox təşəkkür edirəm.Vətən və Vətənin igid oğulları sağ olsun".
Hazırda Naxçıvanda - işinin başında olan polkovnik Tehran Mənsimov da yüksək təltifə görə Azərbaycan Prezidenti İlham Əliyevə sonsuz təşəkkürünü bildirib. Son günlər barəsində yayılan xəbərləri əsassız hesab edən Tehran Mənsimov "Şayiələrə fikir verməyin”, - deyərək Azərbaycan Ordusunda bundan sonra da şərəflə qulluq edəcəyini vurğulayıb.
Şayiələrə fikir verməyin - Tehran Mənsimov
16
dekabr
09:41
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev