"Əməkdaşlığımızın daha bir vacib elementi təhlükəsizlik məsələləridir. Bildiyiniz kimi, Azərbaycan artıq 20 ilə yaxındır ki, Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edir. Biz bütün bu illər ərzində ölkənizdə təhlükəsizliyin qorunmasına sadiqliyimizi nümayiş etdirmişik".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhunun etimadnaməsini qəbul edərkən deyib.
"Bildiyiniz kimi, biz müəyyən müddət əvvəl hərbçilərimizin sayını artırmaqla ölkənizdə təhlükəsizlik məsələsinə olan münasibətimizi, ölkənizdə təhlükəsizliklə bağlı siyasətimizi nümayiş etdirdik. Çünki təhlükəsizlik və sabitlik olmadan gələcək qurmaq çox çətindir. Biz bunları yaxşı bilirik. 1990-cı illərin əvvəlində biz də buna bənzər vəziyyətlə üzləşmişdik. Azərbaycanda pərakəndəlik, hərc-mərclik hökm sürürdü, siyasi, iqtisadi və hərbi böhran mövcud idi ki, bunlar ərazimizin bir hissəsinin itirilməsi ilə nəticələndi. Beləliklə, Prezidentin rəhbərliyi ilə hökumətinizin səyləri artıq bəhrəsini verir və biz modernləşdirmə proqramınızda iştirak etməkdən hər zaman məmnunuq. Hazırda regional nəqliyyat məsələlərində də irəliləyiş var. Şadıq ki, artıq Azərbaycan vasitəsilə Əfqanıstandan beynəlxalq bazarlara müəyyən yüklər nəql edilir. Biz məmnuniyyətlə öz nəqliyyat imkanlarımızı təqdim edirik. Bildiyiniz kimi, nəqliyyat sahəsi hər zaman mənim sizin Prezidentinizlə görüşlərimin gündəliyindədir və biz burada yaxşı irəliləyiş görürük. Regional geosiyasi vəziyyətdə dəyişiklikləri nəzərə alsaq, əlbəttə ki, əməkdaşlıq üçün yeni imkanlar yaranacaqdır”, - deyə Prezident bildirib.
"20 ilə yaxındır ki, Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edirik" - Dövlət başçısı
17
dekabr
15:09
Qarabağ
KOMMENTLƏR
Prezident Əfqanıstanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR
İlham Əliyev üç ölkənin yeni səfirlərinin etimadnaməsini qəbul etdi
"Qələbəmiz dövlətimizin gücünü nümayiş etdirdi" - İlham Əliyev
Prezident ölkəmizə yeni təyin olunmuş səfirin etimadnaməsini qəbul etdi - FOTO
İlham Əliyev İranın yeni səfiri ilə görüşdü - FOTO
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev