Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası sənədlərə əsasən aparılır.
Bakısəsi erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Qriqoryan Müdafiə Nazirliyinin bəyanatını təkrarlayaraq qeyd edib ki, Ermənistan öz ərazilərini güzəştə getməyəcək.
O, sərhəd zonasındakı yüksəkliklərin Azərbaycana qaytarılması ilə Ermənistan ərazisindəki yaşayış məntəqələrinin də nəzarətə götürülə biləcəyi barədə mülahizələrə cavab olaraq bildirib: “Doğrudur, bu bizim üçün bir çox çətinliklər yaradır. Lakin biz başa düşməliyik ki, hazırda sərhədlərin delimitasiyası həyata keçirilir. Danışıqlar isə sənədlər əsasında aparılır”.
Bundan əvvəl Qafanın meri Qevork Parsyan bəyan etmişdi ki, erməni silahlı qüvvələrinin geri çəkilməsi nəticəsində 12 kənd Azərbaycanın hədəfinə düşüb. “Söhbət David-Bek, Kaxnut, Ujanis, Eqvard, Aqarah, Ditsmayri, Sünik, Qexanuş, Çakaten, Şikaox, Nerkin And və Tsav kəndlərindən gedir”, - deyə o bildirmişdi.
Erməni silahlı qüvvələrinin mövqelərindən geri çəkilməsi sərhədlərin delimitasiya və demarkasiya prosesi çərçivəsində baş verib. Bu isə etirazlara səbəb olub.
Sərhəddəki yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi - Ermənilər təşviş içində
18
dekabr
18:10
Qarabağ
KOMMENTLƏR
Ermənistan Qafandakı 13 mövqeyi bu gün Azərbaycana TƏHVİL VERİR
Ermənistanla sərhəddə son vəziyyət: “Cermukdan 12 kilometr məsafədədir”
Etirazçı ermənilər Qafanda avtomobil yolunu bağladılar - Video
Sünik bölgəsinə sülhməramlılar yerləşdirilib
Ermənilər Zəngəzurun Şurnuxu kəndi istiqamətində təxribat hazırlayır
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı