Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) aparatında 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışa hazırlıqla əlaqədar qurumun müvafiq strukturlarının, yerli idarə, şöbə və bölmələrinin rəislərinin iştirakı ilə xidməti müşavirə keçirilib.
Unikal.org xəbər verir ki, SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov müşavirədə Xidmət tərəfindən görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş hesabat məruzəsi ilə çıxış edib. İdarə, şöbə və bölmələrin xidməti fəaliyyətini qiymətləndirib.
Xidmət rəisi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar Xidmət tərəfindən həyata keçiriləcək tədbirlərin təşkili ilə bağlı zəruri məsələləri müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Silahlı Qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsi ilə əlaqədar çağırış prosesinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi, çağırışçıların öyrənilməsi və tibbi şəhadətləndirilməsinin yüksək səviyyədə təşkil olunması istiqamətində görülmüş işləri, həmçinin qarşıda duran vəzifələri bir daha diqqətə çatdırıb.
General-leytenant Arzu Rəhimov vətəndaşların müddətli həqiqi hərbi xidmətə hazırlanması və çağırılması, təntənəli yolasalma tədbirlərinin mütəşəkkil qaydada həyata keçirilməsi və çağırışçıların təyin olunduqları hərbi hissələrə təlimata müvafiq qaydada çatdırılması ilə bağlı tapşırıqlar verib.
Müşavirənin yekununda Xidmət rəisi vətəndaş məmnunluğunun təmin olunmasının, vətəndaşların qəbulu və müraciətlərinə baxılmasının, əməkdaşlar arasında aparılan mənəvi-psixoloji işin müvəffəqiyyətlə davam etdirilməsinin, nöqsanların aradan qaldırılmasının və neqativ hallara qarşı bundan sonra da kəskin mübarizə aparılmasının zəruriliyini xüsusi vurğulayıb.
Dövlət xidmətində müşavirə keçirildi
27
sentyabr
15:30
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev