Nəzirə Məmmədova və qızı Zeynəb Məmmədli - onların hər ikisini ortaq tale birləşdirir, hər ikisinin atası Qarabağ döyüşlərində şəhid olub.
Xezerxeber.az-ın məlumatına görə, Nəzirənin I Qarabağ müharibəsində, Şuşa uğurunda gedən döyüşlərdə atası Heydər Həmidov, II Qarabağ müharibəsində isə həyat yoldaşı mayor Anar Məmmədov şəhidlik zirvəsinə yüksəlib.
34 yaşlı qəhrəmanımız 18 il idi ki, ön cəbhədə düşmənə sipər idi. Hətta Milli Qəhrəman Polad Həşimov Anara hər zaman "sən mənim səngərdə böyüyən zabitimsən" deyirmiş. O, Tərtər, Füzuli, Hadrut, Xocavəndin Tuğ və Şuşanın Daşaltı kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edir. Bir dəfə yaralansa da, öz istəyi ilə yenidən döyüşlərə qatılır. Anar Məmmədov noyabrın 1-də Xocavənd döyüşlərində şəhid olub.
Anar Məmmədov ailədə də hər kəsin dayağı, ümid yeri idi. İndi isə Anarla təkcə ailəsi yox, hər bir Azərbaycan vətəndaşı fəxr edir, qürur duyur.
Qeyd edək ki, Anar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Polad Həşimovun "sən mənim səngərdə böyüyən zabitimsən" dediyi şəhid - VİDEO
21
dekabr
12:12
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev