Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecinin direktoru millət vəkili Əhliman Əmiraslanovun qardaşı Vaqif Əmiraslanovun cinayət tərkibli əməlləri barədə mətbuat səhifələrində çeşidli yazılar dərc edilsə də, nə ona “dur” deyən var, nə də əlaqədar təşkilatlar onun “yaradıcılığını” yoxlamaq istəmir. Deyəsən dünya şohrətli onkoloq-cərrahımız akademik Əhliman Əmiraslanov da qardaşının əməllərini göz ardına vurur. Onun əməllərinə “göz yumanlardan” biri də Azərbaycan Dövlər Mədəniyyət və İncəsənət Universitetinin rektoru tanınmış musiqişünas, sənətşünaslıq doktoru Ceyran Mahmudovadır. Çünki Ceyran xanım bir rəhbər kimi tabeliyində olan içşiləri kiminsə qardaşı olduğuna görə yox, etdiyi əməllərə görə qiymətləndirməlidir. Günahı olanı da cəzalandırmalıdır. Axı, Ceyran xanımı vəzifəyə layiq bilənlər ona etimad göstərərkən bu kimi halları xüsusi nəzarətdə saxlamağı bərk-bərk tapşırıblar.
Nə isə, keçək Humanitar Kollecin direktoru Vaqif Əmiraslanova… Bu günlərdə “Aktualxeber.az” saytına müracət edən Humanitar Kollecin bəzi tələbələrinin valideynləri Vaiqf Əmiraslanovun onlayn dərslərə qoşula bilməyənləri təhdid edərək, onlardan “günahlarını” pulla yumağı tələb edib. Əks halda, tələbələr imtahana buraxılmayacaqlar. Onsuz da, ölkədə internetin bərbad olduğu bir vaxtda onlayn dərslərə qoşulmaq çox çətindir. Bəzən də mümkünsüzdür. Bu da Vaqif Əmiraslanov kimi ədalətin nə olduğunu bilməyən, pula görə hər şeyə əl atan biri üçün sanki göydən düşmə olur. Ceyran xanım Mahmudova da Vaqif Əmiraslanovu qardaşına görə müdafiə etməkdənsə, tələbələrin problemləri ilə maraqlanması daha məqsədə uyğundur. Axı, bu onun borcudur.
Mövzunu nəzarətdə saxlayacağıq və qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.
Vaqif Əmiraslanovun onlayn dərs tələsi
21
dekabr
14:53
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı