Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı, hazırda Londonda yaşayan Zamirə Hacıyeva 22 milyon funt-sterlinq dəyərində əmlakını itirə bilər.
Yenisabah.az "Guardian"a istinadən xəbər verir ki, Britaniya Ali Məhkəməsi bu gün Zamirə Hacıyevanın bu qədər pulu necə əldə etməsini açıqlamağı tələb edən Milli Cinayət Agentliyi tərəfindən ona qarşı açılan cinayət işinə qarşı apelyasiya şikayətini rədd edib.
Daha öncə Apelyasiya məhkəməsi də 2018-ci ildə çıxarılmış qərarın ləğvi ilə bağlı verilmiş apelyasiya şikayətini ləğv etmişdi.
Milli Cinayət Agentliyinin nəzdindəki Milli İqtisadi Cinayət Mərkəzinin direktoru Qrem Biqqar bildirib ki, artıq Zamirə Hacıyevanın qərardan apellyasiya şikayəti verməsi üçün yol yoxdur. "Artıq ondan bu əmlakla əlaqəli axtardığımız məlumatları təqdim etməsi tələb olunacaq", - deyə o bildirib.
Məhkəmə tələbini yerinə yetirmədiyi təqdirdə Britaniyanın Milli Cinayət Agentliyi Londonun mərkəzindəki evi və 11 milyon funt-sterlinqlik “Berkshire golf” sahəsi daxil olmaqla, onun 22 milyon funt-sterlinq dəyərində əmlakına əl qoya biləcək. (APA)
Xatırladaq ki, Böyük Britaniyada 2017-ci ildə qəbul edilmiş "Kriminal maliyyələşdirmə haqqında" qanuna əsasən, Britaniyanın Milli Cinayət Agentliyi mənbəyi aydın olmayan sərvət haqqında sorğu (Unexplained wealth orders, UWO) göndərmək hüququna malikdir. Eyni zamanda 50 min funt sterlinqdən artıq gəlir əldə edilməsinə dair aydın izahın olmadığı təqdirdə aktivlər dondurula bilər.
Z. Hacıyeva çirkli pulların yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılır.
Cahangir Hacıyevin həyat yoldaşı əmlakını itirə bilər
21
dekabr
14:58
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev