Erməni işğalından azad edilmiş Şuşa şəhərində tarixi abidələrlə bağlı aparılan qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı aparılan ilkin araşdırmanın nəticəsi açıqlanıb.
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı yaradılan işçi qrupun üzvü Faiq İsmayılov deyib ki, Şuşa şəhərində normal vəziyyətdə qalan heç bir tarix və mədəniyyət abidəsi yoxdur:
"Bizim qrupun missiyası Şuşa şəhərindəki tarix və mədəni abidələrin monitorinqini keçirmək idi, o ərazilərdə olan abidələrin vəziyytini öyrənmək və bərpaya, konservasiyaya ehtiyacı olan abidələri müəyyən etmək və bu istiqamətdə layihələşdirmə işləri aparmaqdır. Biz orada monitorinq keçirərkən çoxsaylı dağıntılar gördük. Qədim-18-19-cu əsrə aid olan yaşayış evlərinin böyük əksəriyyətinin ancaq divarları qalıb. Dövlət qeydiyyatında olan bir çox abidələrimiz sökülərək yerində müasir binalar tikilib, yəni onlar yox edilib".
Onun sözlərinə görə, Şuşada 11 məscid tamamilə sökülərək yox edilib. 9 məscid öz formasını qoruyub saxlasa belə, tamamilə yarasız haldadır, onların bərpaya ciddi ehtiyac var.
F.İsmayılov qeyd edib ki, Şuşadakı karvansaraylarda dırnaqarası bərpa işləri aparılıb: "Amma bu işlər də yolverilməz hesab edilir. Onlar burada da erməniləşdirmə işləri aparıblar. Onlar bir az da orada qalsaydı, Şuşanın qədimliyindən heç bir əsər-əlamət qalmayacaqdı". (Trend)
Şuşada 11 məscid yox edilib
21
dekabr
18:45

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat