Tanınmış teatr və kino aktrisası, Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Səfurə İbrahimova dəfn edilib.
Xalq artisti "Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, S.İbrahimova dekabrın 21-də 82 yaşında vəfat edib.
Səfurə Ağabala qızı İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda dünyaya göz açıb. 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda təhsil alarkən Akademik Dram Teatrında İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra səhnədə daha bir neçə obraz yaradan tələbə-aktrisa 1961-ci ilin noyabrında teatrın truppasına daxil olub və 2005-ci ilə qədər bu teatrda çalışıb.
Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı Jasmin ("Knyaz”, H.Cavid), Gülnar, Tamara ("Vaqif”, S.Vurğun), Zəhrabəyim, Nazlı ("Anamın kitabı”, "Ölülər”, C.Məmmədquluzadə), Ofeliya ("Hamlet”, V.Şekspir), Saşa ("Canlı meyit”, L.Tolstoy), Sevil ("Sevil”, C.Cabbarlı), Roza, İnci, Qumral, Kamilə ("Küləklər”, "Xoşbəxtlər”, "Əliqulu evlənir”, "Toy”, S.Rəhman), Daduno ("Darıxma, ana”, N.Dumbadze), Fernando ("Dəlilər”, Lope de Veqa), Balaxanım ("Adamın adamı”, Anar) və digər obrazları özünəməxsus ifa manerası ilə seçilib, səhnə sənətimizi zənginləşdirib.
Aktrisa səhnədəki uğurlarını kinoda da davam etdirib. O, "Arşın mal alan", "Alma almaya bənzər”, "Tütək səsi”, "Dərviş Parisi partladır", "Bizim Cəbiş müəllim", "Qayınana", "O qızı tapın” və digər bədii filmlərdə yaratdığı yaddaqalan rollarla tamaşaçıların rəğbətini qazanıb.
Səfurə İbrahimova 1967-ci ildə yenidən keçirilməsinə icazə verilən Novruz bayramı şənliyində ilk Bahar qızı kimi paytaxt sakinlərinin qarşısına çıxıb.
Yaradıcılıq uğurları yüksək qiymətləndirilən sənətkar 1984-cü ildə Azərbaycan SSR-in Dövlət mükafatına, 2002-ci ildə "Xalq artisti” fəxri adına layiq görülüb. 2003-cü ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Səfurə İbrahimovanın əziz xatirəsi tamaşaçıların, həmkarlarının və doğmalarının qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!
Səfurə İbrahimova dəfn edildi
22
dekabr
16:05
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev