Hazırda Azərbaycanın azad edilmiş ərazilərində Avtomobil Yolları Dövlət Agentliyi, digər yerli şirkət və iki Türkiyə şirkəti tərəfindən Şuşa şəhəri istiqamətində yol tikintisi üzrə genişmiqyaslı iş aparılır.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, layihə 5 hissəyə bölünüb:
"Dağlıq, çətin keçilən ərazilərdə, eləcə də meşə massivləri olan ərazilərdə yerləşən yolların tikintisi ilə bağlı iki hissədə işlər türk şirkətləri tərəfindən həyata keçirilir. Layihənin digər hissələri çərçivəsində işləri Azərbaycan şirkəti və bizim agentlik aparır".
A.Nəcəfli qeyd edib ki, paralel olaraq yolun genişləndirilməsi də həyata keçirilir:
"Tikinti işləri əvvəllər yolların olmadığı bölgədə aparılır. Buna görə də yol sahəsinin genişləndirilməsi məqsədilə qrunt işləri reallaşdırılır. Bunun üçün zəruri texnika və işçi qüvvəsi cəlb edilib".
Bundan başqa, Göygöl-Toğanalı, Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Horadiz-Mincivan-Ermənistan sərhədi istiqamətlərində yol tikintisi layihələri hazırlanır:
"Bu layihələr müvafiq dövlət orqanları tərəfindən təsdiq edilməlidir. İşğaldan azad edilmiş ərazilərdə yol tikintisi layihələrinin təsdiq olunmasında sonra qeyd olunan ərazilərdəki işlərə Türkiyə və yerli şirkətlər, eləcə də AAYDA cəlb olunacaq".
Qarabağda yol tikintisi ilə bağlı RƏSMİ AÇIQLAMA
24
dekabr
15:17
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev