Boy daha çox genetik amillərlə bağlı olsa da, ona təsir edən digər faktorlar da var. Burada əsasən qidalanmanın önəmi vurğulanır.
Unikal.org xəbər verir ki, mütəxəssislərə görə, ucaboylu olmaq, uşaqların sümüklərinin sağlam formalaşması üçün bir sıra mineralların yetərincə qəbul olunmasına ehtiyac var. Onlardan ən vacibi kalsium və fosfordur. 11-24 yaş arasında fosfor və kalsiuma ehtiyacın daha çox olduğu dövrdür. Boy üçün digər vacib olan element isə D vitaminidir.
D vitamini sümüyün formalaşmasında böyük rol oynayır, məhz bu vitaminin sayəsində minerallar mənimsənilir. Bu vitamin isə ən çox Günəşdən sintez olunur, gündə ən azı 15-20 dəqiqə günəş vannası qəbul etməklə yanaşı, D vitamini ilə zəngin olan yumurta sarısı, qaraciyər, balıq qəbul etmək tövsiyə olunur.
Boyun uzanması, sümüyün sağlam formalaşması üçün proteinlə, A, C vitaminləri, kalsium, fosforla zəngin qidaların yetərincə qəbul olunması lazımdır. Sink və mis kimi elementlərin də boy inkişafında rolu var. Onlar boyun normal şəkildə uzanmasına yardım edir, bu elementlər çatışmayanda boy inkişafdan qalır.
Bu elementlərlə zəngin olan qidalar isə quzu, hinduşka əti, balqabaq çəyirdəyi, sarımsaq, yer fıstığı, dana qaraciyəri, göbələk. ispanaq, digər göyərtilər, brokoli və s. sayılır.
Gün ərzində 2 stəkan süd içmək həm boyun uzanmasına, həm də sümüyün formalaşmasına kömək edir. Südü gecə yatmazdan əvvəl içmək daha faydalıdır. Çünki bu zaman içilən süd böyümə hormonunun çalışmasına yardım edir.
Eyni zamanda uşaqlar vaxtaşırı qatıq, ayran, pendir yeməlidir.
Uşaqların qida rasionunda quru meyvələr də olmalıdır. Hər gün 4-5 ərik, 2 əncir qurusu, 1 ovuc qara üzüm qurusu, bir qədər küncüt yeyilməsi tövsiyə olunur.
Bu qidalar boyun uzanmasına kömək EDİR
30
sentyabr
12:00
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev