Şuşa şəhərinin Azərbaycanın ümumi enerjisisteminə qoşulması və şəhərin dayanıqlı enerji ilə təchiz edilməsi üçün “Azərenerji” ASC tərəfindən Füzulidən Şuşaya 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir. Eyni zamanda işğaldan azad edilən ərazilərin böyük hissəsini mənbə olaraq elektrik enerjisi ilə təchiz edəcək Füzulidəki 110/35/10 kilovoltluq “Şükürbəyli” yarımstansiyası tam yenidənqurulmaqla yanaşı enerjiötürmə qabiliyyəti artırılır.
Bakısəsi xəbər verir ki, bunun üçün mənbəyi “İmişli” yarımstansiyasından “Şükürbəyli yarımstansiyasına 51 km məsafədə 110 kilovoltluq yüksəkgərginlikli əlavə xətt gətirilir. Həmçinin yarımstansiyanın ümumi gücü 50 MVA-dan 80 MVA-ya qaldırılır. Yarımstansiya müasir rəqəmsal avadanlıqların quraşdırılması ilə məsafədən idarəolunması təmin ediləcək.
Ən əsası isə hazırda paralel olaraq Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kV-luq yüksəkgərginlikli elektrik xətti çəkilir. Ümumi uzunluğu 75 kilometr təşkil edən “Füzul-Şuşa” hava xətti 2 dövrəli olacaq ki, bu da qəza baş verərsə fasilə yaranmaması üçün yükün bir xəttin üzərindən ikinci xəttin üzərinə keçirilməsinə imkan verəcək. Artıq hava xəttinin yüzə yaxın dayağı basdırılıb və 15 km məsafədə naqillər asılıb. Füzulinin Şükürbəyli, Xocavəndin Böyüktağlar, Şuşanın Daşaltı kəndinə keçən yüksəkgərginlikli hava xətti Şuşa şəhərindəki mövcud yarımstansiyaya daxil olacaq. Lakin bir müddət sonra hazırda Şuşada tikilməkdə olan 110/35/10 kilovoltluq yeni yarımstansiyada işlər başa çatan kimi xətt açılaraq ora montaj ediləcək. 110 kilovoltluq yeni xəttin çəkilişi ən çətin dağlıq, meşəlik relyefdə qarlı, dumanlı, yağışlı hava şəraitində növbəli iş prinsipi ilə həyata keçirilir.
110 kilovoltluq “Füzuli-Şuşa” xətti yaxın müddətdə istismara veriləcək və bununla da uzun illərdən sonra Şuşada öz işığımız yanacaq.
Şuşaya yüksəkgərginlikli elektrik xətti çəkilir - Video
25
dekabr
11:04
Qarabağ
KOMMENTLƏR
Şuşa dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək - VİDEO
Hadrut qəsəbəsinə elektrik enerjisi verildi
Cəbrayıl və Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edildi - RƏSMİ
Qəzadan sonra yenidən qurulan “Azərbaycan” İES-dən son görüntüləri
Qəzadan sonra yenidən qurulan “Azərbaycan” İES-dən son görüntüləri
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev