İlin sonunadək “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) “Evədək optika” layihəsi çərçivəsində paytaxtın mərkəzindəki bütün yaşayış binalarını genişzolaqlı xidmətlərlə təmin edəcək.
Unikal.org xəbər verir ki, hazırda “Baktelecom”un “AzEuroTel” telekommunikasiya operatoru tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda rekonstruksiya işlərinə başlanılıb və mis kabellərin fiber-optik xətlərlə əvəzlənməsi prosesi həyata keçirilir. Tezliklə qoruqdakı mənzillərin və qeyri-yaşayış sahələrinin optik xətlər üzərindən yüksəksürətli multimedia xidmətləri ilə təmin olunmasına başlanacaq. Qeyd edək ki, layihənin tətbiqi zamanı xüsusi yanaşma tələb edən memarlıq abidəsi ərazilərində işlər mütəxəssis nəzarəti altında dizayna xələl gətirməmək şərti ilə aparılır.
Eyni zamanda “AzEuroTel” telekommunikasiya operatorunun xidməti ərazisinə daxil olan paytaxtın mərkəzi küçələrində də köhnə rabitə infrastrukturunun yenilənməsi və optik şəbəkənin təşkili işləri davam edir. Ümumilikdə ilin sonunadək “AzEuroTel” MMC tərəfindən beş mindən yuxarı mənzildə yenilənmə işləri başa çatacaq və sakinlərin mərhələli şəkildə optik şəbəkəyə çıxışı təmin ediləcək.
Məlumat üçün bildirək ki, hazırda Bakı şəhəri üzrə 60 minə yaxın mənzildə genişzolaqlı optik şəbəkə aktiv edilib, paytaxtın Yasamal, Xətai və Nizami, Qaradağ və Suraxanı rayonlarında rekonstruksiya işləri aparılır.
Qeyd edək ki, “Evədək optika” layihəsi “GPON (Gigabit Passive Optical Network)” texnologiyası əsasında tətbiq edilir. Texnologiya istifadəçilərə bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətlərindən istifadə imkanı verir. Bu baxımdan “Baktelecom” abunəçilərin texnologiyanın üstünlüklərindən yararlanmasına və sərfəli şərtlərlə yeni “1 xətt 3 xidmət” paketinə qoşulmasına imkan yaradır.
Dünya enerji bazarını alt-üst edəcək kəşf: Çin inqilabı başlayır
01
oktyabr
17:30
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev