“Qafqazinfo” xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşərək şəhid olan cəsur igidlərimizin ruhuna dualar edilərək əziz xatirələri ehtiramla yad edilib.
Daha sonra döyüşlərdə yaralanan hərbiçilərimizi ziyarət edən Əziz Əzizov başda Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva olmaqla dövlətimiz tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dəstəkdən danışıb, bundan sonra da həmin ailələrin diqqət və qayğı ilə əhatə olunacağını vurğulayıb.
Qeyd edək ki, Tarixi qələbənin qazanılması uğrunda şücaət göstərən Suraxanı rayon şəhidlərinin ailələri və yaralı hərbiçilərimizlə mütəmadi olaraq görüşlər keçirilir, onların problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görülür.




