"Azərbaycanda minimum əmək haqqının təyin edilməsi qaydasının dəyişdirilməsinə ehtiyac var".
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib. Onun fikrincə, Türkiyədə olduğu kimi, minimum əmək haqqını müyyən edən komitə yaradılmalıdır:
"Həmin komitədə işçilərin, işəgötürənlərin, hökumətin təmsilçiləri birgə çalışmalıdır. Türkiyədə ayrıca olaraq hüquqi sənəd də var. Həmin sənəd komitənin çalışması üçün hüquqi əsaslar yaradır, minimum əmlk haqqına ən geci 2 ildə bir dəfə baxılmasını zəruri edir. Yeri gəlmişkən, Azərbaycanda median əmək haqqı, median gəlirlər kimi göstəricilər ümumiyyətlə, hesablanmır".
Rövşən Ağayeb bildirib ki, Rusiyada yanvarın 1-dən eibarən minimum əmək haqqının müəyyən edilməsinin yeni mexanizmi yaradılıb:
"Minimum əmək haqqı median əmək haqqının 42%-nə bərabər olacaq, buna uyğun olaraq dəyişəcək. Median əmək haqqı orta əmək haqqı deyil. Ən sadə dillə desəm, median əmək haqqı maaş cədvəlinə qol şəkən bütün işçilər ikiyə bölündükdə həmin bölünmə nöqtəsinə düşən məvacibin məbləğidir. Məsələn, Rusiyada hazırda 58 milyon nəfər maaş alan insan var. Median əmək haqqının müəyyən etmək üçün ilk 29 milyon nəfərlə 2-ci 29 milyon nəfərin birləşdiyi nöqtədəki əmək haqqı məbləği median maaş hesab edilir.
Avropa Sosial Xartiyasının tələbinə görə, minimum maaş median maaşın 60%-dən az olmamalıdır".
Azərbaycanda minimum əmək haqqı belə təyin edilməlidir - Ekspert
02
yanvar
15:13
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev