“Lider” TV-nin binası siyasi partiyalara icarəyə verilib.
Bu barədə Modern.az-a AĞ Partiyanın sədri Tural Abbaslı məlumat verib. O qeyd edib ki, xeyli sayda partiya artıq yeni qərargahına köçməyə hazırlaşır:
“Siyasi partiyalar üçün ayrılan bir bina “Lider” TV-nin binası kimi tanınıb. Bir də Azadlıq prospektində yerləşən dövlət binasında ümumilikdə 17-18 partiyaya qərargah müəyyən edilib. AĞ Partiya olaraq bizə, “Lider” TV-nin 5-ci mərtəbəsində təxminən 140 kvmetri əhatə edən ofis ayrılıb. Bina İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə aid olduğuna görə, dövlət rüsumu ilə müqavilə imzalanıb. Dövlət rüsumu simvolik rəqəmdir, bu baxımdan ofisi bağışlanmış kimi də qiymətləndirmək olar. Çünki o böyüklükdə ofisin saxlamasına kifayət qədər maliyyə lazımdır və buna görə çətinlik yarana bilərdi. Yavaş-yavaş ofisə köçməyə başlamışıq”.
Müsahibimizin sözlərinə görə, ““Lider” TV-nin binasında AĞ Partiya ilə yanaşı, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Milli Vəhdət Partiyası, Milli Həmrəylik Partiyası da daxil 10-a yaxın siyasi təşkilat yerləşib.
“Lider” TV-nin binası partiyalara VERİLDİ
05
yanvar
15:03
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev