Xəbər verdiyimiz kimi, Türkiyədə fəaliyyət göstərən aktrisa Məlahət Abbasova Xalq artisti Röya Ayxanı 31 dekabrda bayramı qeyd edib, rəqs etməyinə görə sərt şəkildə tənqid edib.
Onun “Mahnıların yaxşı ola bilər, amma nə əxlaqın var, nə insanlığın var. Bir də anasan" – deməsi qalmaqala səbəb olub.
Yenisabah.az xəbər verir ki, sənətçilər arasındakı qalmaqala aktyor Sərxan Kərəmoğlu da qoşulub.
O, Məlahət Abbasovanı sərt şəkildə tənqid edərək, onun ailəsini dağıdıb, çörəyinə bais olduğunu iddia edib:
“Əxlaq dərsi? İnsanlıq dərsi? Kim deyir bunları, Məlahət? Sən Məlahət, mən 2009-cu ildə İstanbula köçdüm orada mənim evimə gələ-gələ mənim evimi dağıtdın. Sənsən insanlıq dərsi keçən? "TRT Avaz"da mənə iş təklifi gəlmişdi. Gedib orada müdirə əxlaqsız sözlər dedin ki, guya mən sənin haqqında belə demişəm. Sənsən əxlaq dərsi keçən? Toyuna bir həftə qalmış dəvətnaməsi paylanan bəyi - nişanlını Bakıda qoyub İstanbula qastrola gedib orada qaldın və türkə ərə getdin, ailən isə pərişan oldu. Sənsən əxlaq dərsi keçən? Mənə gələn serial təklifini özünə çevirdin və çörəyimə 2-ci dəfə bais oldun. Sənsən insanlıq dərsi keçən? Bu nə zəmanədir, kimdə nə yoxdursa onunla öyünür, hə? Məlahət Abbasova, sənin ümumiyyətlə, Azərbaycan Mədəniyyəti və İncəsənəti cameəsi haqqında danışmağa haqqın çatmır. Röya səhv edib, özü bilər, qarışa bilmərəm, çünki xalq bilər, Röya bilər. Səni kim asqırdı bu söhbətin içinə?”
Qeyd edək ki, aktrisa Məlahət Abbasova 1991-ci ildə Türkiyə vətəndaşı ilə ailə qurduqdan sonra İstanbulda yaşayır.
“Toyuna bir həftə qalmış nişanlını Bakıda qoyub türkə ərə getdin“ - QALMAQAL
06
yanvar
11:41
Qarabağ
KOMMENTLƏR
"Səfurəyə evlilik təklifi elədim, o isə..." - İllər sonra açılan sirr
Səidə Röyanı tənqid etdi, işə Natəvan qarışdı — YENİ QALMAQAL - FOTO
Röya bu videosuna görə tənqid EDİLDİ
Röya Xalq artisti adı almasından danışdı - "Bu ad mənim deyil, sizindir"
“Bəli, qaçqınları təhqir etmişəm” - Qorxmaz Əlili + Video
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev