Ötən il dekabrın 15-dən 16-na keçən gecə Göygöl rayonu (şəhər) Mirzə İbrahimov küçəsi - 4 ünvanında oğurluq hadisəsi baş verib. Hadisənin üstündən 20 gün keçməsinə baxmayaraq oğruların tapılaraq istintaqa cəlb edilməsi və cəzalandırılmaları istiqamətində Göygöl polisi və prokurorluq tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri zərərçəkmişi qane etmir.
"Demokratik.Az"-a bu barədə evin sahibi Sarı Qocayev danışıb.
Şikayətçinin dediyinə görə, ilkin detallardan məlum olur ki, evin əşyalarını oğurlanmasında bir neçə şəxs iştirak edib. Evə pəncərədən girib bütün əşyaları aparıblar. Oğrular qab-qacaq və adi dəsmala, yataq dəstlərinə, mikserə, ətçəkənə, televizora qədər nə görüblərsə daşıyıblar. Hətta, evdə yaşayanların paltarlarını, ayaqqabısını, şəxsi əşyalarını belə oğurlayıblar.
Zərərçəkmiş deyir ki, oğrular öz niyyətlərini gerçəkləşdirmək üçün saatlarla evdə olublar. Evin istilik sisteminin səliqə ilə sökülməsi, Kombi və radiatorların da oğurlanması oğruların hazırlıqlı və planlı gəldiklərinə dair şübhələr yaradır. Ərazidə yaşayışın çox olmaması da bir detaldır.
Şəhid qardaşı olan Sarı Qocayevin sözlərinə görə, hadisədən 16 dekabrda xəbər tutar-tutmaz DİN-in 102 qaynar xəttinə məlumat veriblər. Göygöl RPŞ-də ərizə yazıb durumu rəsmi bildiriblər. Lakin, hələ də oğruların tapılmaması, həmin gecə ərazidə qeydə alına bilən telefon-rabitə siqnallarının, görüntü kameralarının incələnməsi işinin ciddi araşdırılmaması onu və ailəsini narahat edir. Bundan başqa, digər təhlillərdə oğruların hansısa əl izinə də rast gəlinməməsi S.Qocayevi narahat edir. Şikayətçi hesab edir ki, hadisənin üstündən kifayət qədər vaxt keçib və onlar əməliyyat-istintaq hərəkətləri üzrə məlumatlandırılmalıdırlar. Yoxsa, müddət ötdükcə oğurluq hadisəsini törədənlərin ifşası çətinləşəcək.
Şikayətçi oğruların tez tapılmasını istəyir.
Hadisə barədə Göygöl RPŞ və rayon Prokurorluğu ilə əlaqə saxladıq. Saytımıza bildirildi ki, hazırda oğurluq hadisəsinin üstünün açılması istiqamətində bütün zəruri əməliyyat-istintaq hərəkətləri aparılır. Faktla əlaqədar müvafiq cinayət işi açılıb və yaxın müddətdə zərərçəkmiş şəxslərə istintaqın gedişatı barədə lazımi məlumatlar veriləcəkdir.
İnanırıq ki, oğrular tezliklə tapılacaq...
Göygöldə RƏZALƏT: Şəhid ailəsinin evi yarıldı... - NARAZILIQ!
06
yanvar
18:16
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı