Türkiyədə qeyri-adi oğurluq baş verib.
Qaziantep şəhərinin Şahinbəy qəsəbəsində yaşayan İlyas Yaşar Dəmir, oktyabrın 18-də atasını xəstəxanaya aparanda evə oğru girib.
Unikal.org-un Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, hadisə həmin gün səhər saat 10 radələrində qeydə alınıb. Hörümçək adam kimi evlərin divarlarına dırmanan oğru, damların üstü ilə gəzib. Girdiyi evdən bir şey tapmayan oğru başqa bir evin damına çıxıb. Uzun müddət ətrafı izləyən oğru pəncərənin dəmir barmaqlıqlarını sökərək evə girib. Evdən tüfəng, bir miqdar pul və zinət əşyaları götürdükdən sonra evdə başqa əşyalar axtararkən ev sahibləri xəstəxanadan qayıdıblar. Oğru bu zaman evin qapısını içəridən bağlayıb.
Xəstəxanadan qayıdan İlyas Yaşar qapını aça bilmədiyini görüb. Nərdivanla pəncərədən içəri baxan İlyas Yaşar evdə oğrunu görərək, tez qapıya tərəf qaçıb. Açarla qapını açıb içəri girsə də, artıq oğru pəncərədən qaçaraq yoxa çıxıb. Dərhal təhlükəsizlik kameralarına baxan ev sahibi polisə məlumat verib.
Kameraları izləyən polislər oğrunun kim olduğunu öyrənməyə başlayıblar.
Qeyri-adi oğurluq - Ev sahibi və polislər şoka düşdülər
23
oktyabr
14:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat