Redaksiyamıza Şəmkir rayonundan şikayət ərizəsi daxil olub. Aktualxeber.az-a üz tutan Şəmkir rayonunun Əliyaqublu kənd sakini, ixtisasca həkim olan, eyni zamanda Azərbaycan Çernobıl Əlilləri Cəmiyyəti Şəmkir şöbəsinin müdiri işləyən 2-ci qrup əlil Kazımov Mahir İbrahim oğlu külli miqdarda dələduzluqla üzləşib. Belə ki, onun dediyinə görə Şəmkir Peşə Liseyində müəllim işləyən Cəfərov Sahib Məmməd oğlu onu müxtəlif vəzifəli şəxslərin qohumu olduğu və onun özünə, eyni zamanda tanışlarına kömək edəcəyi adı ilə aldadaraq ümumilikdə 98.700 manat pulunu mənimsəmişdir. Bu günə qədər heç bir işdə kömək edə bilməsə də S. Cəfərov aldığı pulu hələ də geri qaytarmır. O, pulları Şəmkir rayon Maliyyə İdarəsində işləyən atası Cəfərov Məmməd Rəhim oğlunun qaytaracağını dəfələrlə vəd etsə də, heç bir nəticəsi yoxdur. M. Kazımov Şəmkir rayon Polis Şöbəsinə şikayət etsə də Vüqar və Qurban adlı müstəntiqlər ona heç bir köməklik etmirlər və dələduzluq edən şəxsi cəzalandırmaq belə istəmirlər. Bizim vasitəmizlə əlaqədar orqanlardan köməklik istəyən vətəndaş vaxtında lazımi ölçü götürüləcəyinə ümid edərək, ona dəyən maddi ziyanın tezliklə ödənilməsi üçün köməklik istəyir.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
Şəmkirdə əlilə qarşı yüz min manatlıq dələduzluq
07
yanvar
12:19
Qarabağ
KOMMENTLƏR
Şəmkirdə 83 yaşlı kişi güllələnərək qətlə yetirilib
Şəmkirdə narazılıq yaradan kimdir? - GİLEY
Polis toyu yarımçıq saxladı - 10 nəfər cərimələndi
İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video
Biləsuvarda dələduzluq yolu ilə ayrı-ayrı şəxslərin pul və qızılını ələ keçiriən qayınana və gəlini saxlanılıb
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı