İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərargah tərəfindən rayonda koronavirus panidemiyasının yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Rayon İcra Hakimiyyətindən Pravda.az-a verilən məlumata görə, iyulun 4-də Qərargaha rayonun Aşağı Seyfəli kəndində yas mərasimi keçirilməsinə cəhd olunması ilə bağlı məlumat daxil olub.
Şəmkir RİH başçısı Alimpaşa Məmmədov və Rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıblar.
Mərasimi təşkil edən şəxslər cəzalandırılıb. Yas mərasimində iştirak edən kənd sakinləri barəsində də karantin qaydalarının pozulmasına görə tədbirlər görülüb.
Eyni zamanda qadağalara baxmayaraq mərasimində iştirak edən kəndin din xadimi hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
başçısı deyib: “Ay qardaşlar, bu nədir? Bu nə məsələdir? Niyə belə eləyirsiniz siz? Nədən belə olmalıdır ki? Gedək xəstəxanaya, iniltisindən yaxın dura bilməyəcəyiniz adamları göstərim sizə. Nəfəs ala bilmirlər, bağıra-bağıra ölürlər. Başa düşürsünüz bunu?”
İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video
04
iyul
23:13

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat