Benzinin qiymətinin qalxması ilə hibrid və elektrikli avtomobillərə tələbat artıb. Lakin elektrikli maşınların ƏDV vergisi, hibrid avtomobillərin isə gömrük rüsumu olduqca çoxdur. Bildirək ki, benzinin qiymətinin artırılması ilə bağlı səbəblərdən biri kimi ekoloji vəziyyət göstərilir.
Maraqlıdır, belə olan halda hibrid və elektrikli maşınların gömrük rüsumu və vergisi niyə endirilmir?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, elektrik maşınlarında gömrük rüsumu olmasa da, ƏDV qiymətə ciddi təsir edir:
“Amma hibrid maşınları adi maşınlar kimi gömrük rüsumu və bütün vergilərə cəlb edilir, nəticədə kifayət qədər ciddi rəqəm alınır. 1500-2000 dollar qiyməti olan 7-8 illik avtomobili xaricdən sifariş vermək mümkündür, lakin Azərbaycana gələndə mator həcminə uyğun olaraq gömrük rüsumları 10 min manatdan da çox olur. Öz qiymətindən 3 dəfə çox rüsum ödəməli olursan. Bu, ciddi məsələdir”.
Ekspert qeyd edib ki, bir çox ölkələrdə bu problemin həlli üçün təşviq proqramları həyata keçirilir:
“Əsasən də elektriklə işləyən avtomobillərə nəinki rüsum tamamilə ləğv olunur, hətta dövlət tərəfindən təşviq də olunur. Məsələn, Norveçdə ötən ildən belə bir praktika var ki, dövlət tərəfindən qiymətin bir hissəsi subsidiya olunur, vergilərdən azaddır. Nəticə etibarilə Norveçdə keçən il 57 faiz elektrikli avtomobillərin satışı artıb, 2025-ci ilə qədər Norveç tamamilə elektrikli avtomobillərə keçməyi düşünür. Avropa 2030-cu ildə bu prosesi tam bitirməyi düşünür. Yəni məsələ təşviqdən daha çox asılıdır. Bu, ekoloji məsələlərin həllində önəmli rol oynayır. Daha vacib məsələlərdən biri də təhlükəsizlik məsələsidir”.
Həmsöhbətimiz vurğulayıb ki, yeni, müasir avtomobillərin Azərbaycana gətirilməsi üçün gömrük rüsumları və vergi dərəcələri kifayət qədər azaldılmalı, elektriklə bağlı isə sıfır rüsum tətbiq olunmalıdır:
“Nəticədə avtopark da yenilənəcək. Bakıda bahalı maşınları görüb elə düşünürük ki, ölkənin avtoparkı çox yaxşı vəziyyətdədir. Əslində, elə deyil, avtoparkın 60 faizdən çoxu köhnə və təhlükəli maşınlardan ibarətdir, hətta bir çoxlarının öz təhlükəsizlik yastıqları da yoxdur. Bu həm də insanların sağlamlıq məsələsidir. Avtopark yenilənməlidir. Bunun üçün gömrük rüsumları və vergilərin sıfırlanması və yaxud çox azaldılması qərarı verilməlidir ki, həm ekoloji problemlər öz həllini tapsın, həm də təhlükəsizliklə bağlı məsələlər önə çıxsın”.
Bu maşınların gömrük rüsumu sıfırlansın! – “Üç qat artıq pul alınır”
07
yanvar
22:31

Qarabağ
KOMMENTLƏR
Azərbaycan gömrüyü dünya avtomobil nəhənglərinin şərikinə çevrilib – Vətəndaşlar imdad diləyir
Azərbaycana gətirilən tibbi maskalara gömrük rüsumu tətbiq olunacaq
Baş nazirdən bu məhsulların gömrük rüsumları ilə bağlı QƏRAR
Köhnə maşını olanlara pis xəbər – Yeni qadağalar
Köhnə maşını olanlara pis xəbər - Yeni qadağalar gəlir
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat