Prezident İlham Əliyevin sərəncamı ilə Nərgiz Qurbanova Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Nərgiz Qurbanova 1975-ci ildə anadan olub. 1991-1994-cü illərdə Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra o, 1995-1997-ci illərdə Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistr təhsilinə yiyələnib. 1997-1999-cu illərdə isə Nərgiz Qurbanova Qərb Universitetinin "Beynəlxalq menecment" ixtisası üzrə magistr təhsili alıb.
O, həmçinin 1997-ci ildə Fransanın Nitsa Universitetində "Beynəlxalq hüququ" ixtisası üzrə, 2000-ci ildə isə İsveçin Yonçopinq Beynəlxalq Biznes Məktəbində "Beynəlxalq biznes" ixtisası üzrə təhsil alıb. 2009-cu ildə Avstriyanın Vyana Universitetindən fəlsəfə elmləri doktoru dərəcəsi alıb.
Nərgiz Qurbanova 2001-2010-cu illərdə Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsində müxtəlif vəzifələrdə çalışıb.
O, həmçinin 2004-2007-ci illərdə Azərbaycanın Avstriyadakı Səfirliyinə, 2010-2013-cü illərdə isə Azərbaycanın Birləşmiş Ştatlardakı Səfirliyinə ezam olunub.
Nərgiz Qurbanova, Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Ailəlidir, bir oğlu var. Azərbaycan, ingilis, fransız və rus dillərini bilir.
Prezidentin səfir təyin etdiyi Nərgiz Qurbanova kimdir? - DOSYE
08
yanvar
15:41
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev